Gəncədə qida zəhərlənməsi baş verib.
Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, 1981-ci il təvəllüdlü Leyla Nəcəfova və onun övladları - 2010-cu il təvəllüdlü Rəvan Nəcəfov, 2005-ci il təvəllüdlü Ramal Nəcəfov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlərə dərhal ilkin tibbi yardım göstərilib. vəziyyətlərinin stabil olduğu bildirilir.
İlkin versiyaya görə, Nəcəfovlar yaşadıqları evdə qidadan zəhərləniblər.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu