Biləsuvarda xəstəlik yayan ZİBİL problemi – Qurumlar, yoxsa sakinlər GÜNAHKARDIR? – FOTO/VİDEO

Biləsuvar şəhərinin Təbriz kücəsində məişət tullantılarının düzgün idarə olunmaması sakinləri narahat edir. Narahat edir deyəndə ki, əslində elə problemi yaradan, ondan əziyyət çəkənlər də elə bu məhəllənin sakinləridir. 

Ərazidən keçən şor su kollektorunun başdan-ayağa zibiliyə qərq olması daha çox isti havalarda özünün üfunəti ilə ətrafda yaşayanları təmiz havadan məhrum edir. Bu məsələni qabardan məhəllə sakinlərinin sözlərinə görə bir-birinə qarışan tullantılardan təkcə üfunət yox, elə xəstəlik də yayılır.

Samir Nəsirov Bizim.Media-ya deyib ki, 5 ildir bu məhəlləyə köçüb. Hər dəfə sözü bir yerə qoyurlar ki, heç kim zibilini buralara atmasın, amma problem yenidən yaranır.

Mahmud Məmmədov isə deyir ki, məhəllə boyu su kollektoru uzanıb gedir, kiminsə zibil atmasına nəzarət etmək mümkün deyil.



"Yəni, hər yerə "bura zibil atanın..." söyüşünü yazıb vursalar da məsələ həll edilməyəcək.

Mütləq zibillərin daşınması məsələsi həll edilməlidir ki, bu il də üfunətdə yaşamağa məcbur qalmayaq".

Təbriz küçəsinin sakini Xəlil Gözəlovun sözlərinə görə isə  bəzi sakinlər zibillərini şor kollektoruna ataraq ətraf mühitin çirklənməsinə səbəb olurlar. Məsələ ilə bağlı yerli icra orqanları və kommunal xidmət qurumları ilə şəxsən onun vasitəsi ilə də əlaqə saxlanılıb, lakin onların münasibəti eyni olub:

“Sakinlər zibillərin daşınması üçün müqavilə bağlamaqda maraqlı deyillər".

Problem hardan qaynaqlanır?

Zibil qutularının ərazilərdə quraşdırılmadığından şikayətlənən sakinlər bu məsələdə rəsmi qurumları günahkar bilirlər. Kommunal xidmət orqanları isə bunun səbəbini sakinlərin tullantıların daşınması üçün müqavilə bağlamamasında görür.

Məsələ ilə bağlı Biləsuvar rayon İcra hakimiyyətinin şəhər üzrə nümayəndəsi Qabil Xammədov açıqlamasında bildirib ki, təkcə Təbriz küçəsində deyil, daha bir neçə ərazidə oxşar problem var.



"Biz öz tərəfimizdən sakinlərin rəsmi və müvafiq  qurumla müqavilə bağlamalı olduqlarını dəfələrlə yerində görüşərək izah etmişik, çox təssüf ki, sakinlər çox az miqdarda olan zibil daşınması xərcindən qaçırlar. İlk növbədə bunun özlərinin ziyanına olduqlarını isə qəbul etmirlər. Məcbur qalıb sözügedən kollektor ərazisini öz qüvvəmizlə təmizləyirik. Amma bu problemi tam həll etmir. Biz orada yaşayan ağsaqqallarla, sözükeçən adamlarla dəfələrlə görüşmüşük, amma məhz çoxluq zibil daşınmasının qanuni yolla təmin edilməsinə maraq göstərmir".

Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatının rəisi Ceyhun Həyatov elə birbaşa sakinlərin özünü günahlandırıb:

"Onlardan soruşun axı ora zibil atanlar kimlərdir? Digər tərəfdən biz təsərrüfat hesablı təşkilatıq. Tarif Şurasının müəyyənləşdirdiyi miqdarda cəmi aylıq 2 manat ödəniş edərlərsə, həftədə 3 dəfə onların məişət tullantılarının yığılmasını təmin edə bilərik. Bu haqda ərazidə olan bütün ünvanlara rəsmi bildiriş göndərmişik, izahat işləri aparmışıq. Düz həyətindən tulllantılarını daşımağı təmin edə bilərik, amma sakinlər rəsmi müqavilə bağlamadan bunu necə etmək mümkün olar? Bəzən məcbur qalıb öz maliyyə imkanımız daxilində ərazini təmizləyirik. Sonra yenə həmin ərazini elə həmin sakinlər zibillə doldurur”



Beləliklə, problem dövr halına düşüb və konkret həll yolu tapılmır.

Həll yolları varmı?

Qeyd edək ki, zibil daşınması elə bir çox rayonlarda tam həll edilə bilinməyən problemlərdəndir. Necə ki, rayonları başına götürmüş sahibsiz küçə itləri problemi ki, bu məsələnin də tam həlli tapılmır.

Mütəxəssislərin fikrincə isə sözügedən məhəllənin yaşandığı halların qarşısını almaq üçün bir neçə tədbir görülə bilər:

Maarifləndirmə işlərinin gücləndirilməsi ilə sakinlərə zibillərin kollektora atılmasının ekoloji fəsadları izah edilməli, onları rəsmi müqavilə bağlamağa təşviq edən məlumatlandırma kampaniyaları təşkil olunmalıdır. İctimai təşəbbüslər – bələdiyyə və icra nümayəndəliyi müvəqqəti olaraq müəyyən nöqtələrdə tullantı konteynerləri quraşdıra bilər ki, sakinlər buna öyrəşsin və rəsmi xidmətlərdən istifadə etməyə həvəslənsinlər.



Nəzarət və cərimələr

Əgər sakinlər zibilləri müəyyən olunmamış yerlərə atmağa davam edərsə, inzibati tədbirlər görülə və cərimələr tətbiq edilə bilər.

Alternativ güzəştlər

Sakinləri rəsmi müqaviləyə təşviq etmək üçün müəyyən müddət ərzində xidmətlər güzəştli və ya pulsuz təqdim oluna bilər. Bu, onların sistemə inteqrasiyasını asanlaşdırar.









Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

Bakıda azyaşlı bacı-qardaş İTKİN DÜŞDÜ

Bakıda azyaşlı bacı-qardaş İTKİN DÜŞDÜ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Moskvaya PUA hücumu - 26 yaralı var

Moskvaya PUA hücumu - 26 yaralı var

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Bu ölkə tamamən boşaldılır

Bu ölkə tamamən boşaldılır

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

End of content

No more pages to load

RADİO