Günə bir uşaq ATILIR – Valideynlər övladlarından niyə İMTİNA edir?

Azərbaycanda daha bir ana üç övladından imtina edib. Böyüyünün 12, digərlərinin 11 və 3 yaşı olan uşaqlar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

“3 övladını sığınacağa yerləşdirən qadın getdikdən sonra uşaqların ən kiçiyi saatlarla anasını görmədiyi üçün ağlayıb. Böyük bacısı onu sakitləşdirmək üçün çox çalışdı. Məlum olub ki, ana TikTok-da tanış olduğu kişi üçün uşaqlarından imtina edib”,- deyə sığınacağın rəhbəri Mehriban Zeynalova belə deyir.

Azərbaycan Uşaqlar Birliyinin sığınacağına isə iki həftə ərzində 13 uşaq qəbul edilib.

Əslində isə bir uşağın ən etibarlı sığınacağı, valideynlərinin qolları arasında olmalıdır, amma təssüf ki, bəzi uşaqlar bu güvəni duya bilmirlər. Sevgiyə, diqqətə, etibara ən çox ehtiyac duyduqları bir vaxtda ən təbii hüququ olan ailə nəvazişindən məhrum olurlar. Onlar isti ailə ocağında deyil, tərk edilmənin, yalnızlığın soyuq divarları arasında böyüyürlər.

Bu addımı atan valideynlər uşaqlardan imtina etməsinin səbəbini daha çox  ailənin sosial-iqtisadi durumunun çətin olması ilə əlaqələndirirlər.

Bəs yalnız maddi çətinliklər və sosial şərtlər bir valideynin öz uşağından imtina etməsi üçün yetərli səbəb ola bilərmi?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Bizim.Media-ya danışıb. O, qeyd edib ki, tez-tez rastlaşdığımız belə hallar evlənən cütlüklərin psixoloji və mənəvi baxımdan hazır olmadığının göstəricisidir.

“Heç bir sosial-iqtisadi vəziyyətin çətinliyi valideynin uşağından imtina etməsinə əsas verə bilməz. Uşağa qarşı hüquqları pozmaq, kobud davranmaq, köməksiz vəziyyətdə buraxması üçün heç bir səbəb rəvac verə bilməz. Bu, sadəcə olaraq bəzi  insanların öz valideynlik məsuliyyətini başa düşməmək, zövqə düşkün bir həyata meyillənməsi hadisəsidir. İnsanlar öncəliklə valideynlik, ata-analıq missiyasını dərk etməli sonra ailə həyatı qurmalıdır.

O, uşağın mənafeyinə zidd hər hansı bir addım atmamalıdır. Əfsus ki, bəzi hallarda uşağı köməksiz halda buraxmaqla yanaşı yenidoğulmuş körpəni zibilliyə atırlar, imtina edirlər. Bu, həm mənəvi, həm də hüquqi baxımdan yolverilməzdir. Baş verən hadisələr fonunda deyə bilərik ki, belə “valideyn”lər qanunvericilik çərçivəsində valideynlik hüququndan məhrum edilməlidir.
 

Onların gətirdiyi hansısa arqument imkan vermir ki, uşağı hər hansı sığınacağa təhvil versin. Əgər maddi durumu çətindirsə, o, ünvanlı sosial yardım və digər sisial dəstək paketlərindən istifadə üçün müraciət edə bilər. Bunun üçün dövlət insanlara qayğı nəzərdə tutub. Bütün hallarda dövlət uşaqların ailə mühitində böyüməsində maraqlıdır.


O hesab edir ki, "valideyn"in bu hərəkətləri məsuliyyətsizlik və eqoistliyindən xəbər verir.

“Biz orta və ali məktəblərdə  ailə dəyərlərini aşılamalı və təbliğ etməliyik. Gənclərə valideynlik missiyasını izah etməli, böhranlı anlarda ağıla batan çıxış yolları axtarmağa hazırlamalıyıq",- deyə o fikrini yekunlaşdırıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

Bakıda azyaşlı bacı-qardaş İTKİN DÜŞDÜ

Bakıda azyaşlı bacı-qardaş İTKİN DÜŞDÜ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Moskvaya PUA hücumu - 26 yaralı var

Moskvaya PUA hücumu - 26 yaralı var

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Bu ölkə tamamən boşaldılır

Bu ölkə tamamən boşaldılır

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

End of content

No more pages to load

RADİO