Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTO

Bakı şəhəri, Nəsimi rayonu Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan vətəndaş Ruzana İdrisovanın şikayətini bir neçə gün öncə işıqlandırmışdıq.

Bizim.Media xəbər verir ki, ölkə mediası bu xəbəri diqqətdə saxlasa da, nədənsə məmurlar problemi aradan qaldırmaq niyyətində deyillər.

Xatırladaq ki, Bakı şəhəri, Nəsimi rayonu Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan vətəndaş Ruzana İdrisova ona məxsus mülkünün əlindən alınmaq alınmaq təhlükəsi ilə üz-üzə qaldığını qeyd etmişdi. Bu gün əməkdaşımız Ruzana İdrisovaya məxsus mülkdə olub.

Şikayətçi bildirib ki, hər gün öz mülkünə girib çıxmaq üçün pəncərədən istifadə edirlər.

"Artıq hər kəsə məlumdur ki,Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və Milli Məclisin Yerli icra hakimiyyətləri ilə iş şöbəsinin müdir müavini Teymur Tağıyevin atası Aqil Tağıyevin təhdidləri ilə üz-üzəyik. Bizim mülkümüzün qapısı məhz Aqil Tağıyevin göstərişi ilə bağlanıb. Yaşadığımız bu bina tarixi əhəmiyyətli və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunur. Bu bina 1909-cu ildə inşa edilib. Amma bu xidmət nədənsə binanı qorumayıb və Aqil Tağıyev yüksək vəzifəli qohumlarının, ən əsası isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun və oğlanlarının gücünə və vəzifəsinə arxalanaraq bu tarixi binanın əsas giriş qapısından girişini bağlayıb. Biz öz evimizə dediyim kimi pəncərədən giririk. Bizi binanın blokunda olan bütün mənzilləri Aqil Tağıyev alıb. Yalnız bizim ev qalıb. Bizi təhdid edir ki, bu evi hansı yolla olur, olsun sizin əlinizdən alacayıq. Aqil Tağıyev hətta blokun qapısını dəyişib və yalnız özü və ailə üzvlərinin bildiyi kodla binaya girib çıxırlar. Bir sözlə mənim və ailə üzvlərimin həyatı təhlükədədir. " - deyə Ruzana İdrisova bildirib.

Ruzana İdrisova bildirir ki, bu günə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, nə də Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi rayon İcra Hakimiyyəti onların problemləri ilə maraqlanmır:

“Biz qapını sökməyə və öz evimizə daxil olmağa çalışan kimi bütün dövlət orqanları Aqil Tağıyevin himayəçisinə çevrilir. Artıq bu cür yaşamaqdan bezmişəm. Mən Rusiya vətəndaşı olsam da Azərbaycanda yaşayıram. Azərbaycan mənim vətənimdir. Buranı sevirəm və Azərbaycana sadiqəm. Mən Azərbaycan prezidenti cənab İlham Əliyevdən, Azərbaycanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevadan kömək istəyirəm. Bizi dövlətin qanunlarını ayaqlar altına atan, öz qohum əqrabalarına görə vətəndaşın hüquqlarını pozan məmurların əlindən qurtarın. Son ümid yerimiz sizsiniz”, - deyə Ruzana İdrisova bildirib. (Demokrat.az)








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sosial şəbəkələrdə "ev yıxan" trend yayılıb — Açıqlama

Sosial şəbəkələrdə "ev yıxan" trend yayılıb — Açıqlama

MİQ imtahanlarının test mərhələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

MİQ imtahanlarının test mərhələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

Belçikada anomal istilər insanların vaxtından əvvəl ölümünə SƏBƏB OLDU

Belçikada anomal istilər insanların vaxtından əvvəl ölümünə SƏBƏB OLDU

Kəlbəcərdə çay kənarından meyit tapıldı

Kəlbəcərdə çay kənarından meyit tapıldı

Hikmət Həsənov uzun müddətdən sonra görüntüləndi – FOTO

Hikmət Həsənov uzun müddətdən sonra görüntüləndi – FOTO

Nazir müavini BMT-də minaların törətdiyi fəsadlardan danışdı

Nazir müavini BMT-də minaların törətdiyi fəsadlardan danışdı

İran BƏƏ-ni xəbərdar etdi: Bütün limanlar vurulacaq

İran BƏƏ-ni xəbərdar etdi: Bütün limanlar vurulacaq

Ağır vəziyyətdə xəstəxanaya gətirilən körpə vəfat etdi

Ağır vəziyyətdə xəstəxanaya gətirilən körpə vəfat etdi

Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz

Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz

Argentina millisinin qələbə üçün 9 BATİL İNANCI

Argentina millisinin qələbə üçün 9 BATİL İNANCI

Yüksək temperatur Türkiyədə meşə yanğınlarına səbəb oldu - FOTO

Yüksək temperatur Türkiyədə meşə yanğınlarına səbəb oldu - FOTO

Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"

Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"

Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya GƏTİRİLİR - RƏSMİ

Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya GƏTİRİLİR - RƏSMİ

Göygöldə kəndləri birləşdirən strateji körpü qəzalı vəziyyətə düşdü - FOTO

Göygöldə kəndləri birləşdirən strateji körpü qəzalı vəziyyətə düşdü - FOTO

Livan Prezidenti Trampla görüşmək üçün ABŞ-yə GETDİ

Livan Prezidenti Trampla görüşmək üçün ABŞ-yə GETDİ

Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət aldı

Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət aldı

“Neftçi” Konfrans Liqası üçün heyətini açıqladı

“Neftçi” Konfrans Liqası üçün heyətini açıqladı

Yuxuda qızıl tapmaq nə deməkdir?

Yuxuda qızıl tapmaq nə deməkdir?

DİN-dən əməliyyat: Tonlarla çətənə kolu məhv edildi

DİN-dən əməliyyat: Tonlarla çətənə kolu məhv edildi

Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA

Məşhur Portuqaliya klubu müflis oldu

Məşhur Portuqaliya klubu müflis oldu

Qusarda "Bəxt üzüyü" səhnələşdirildi: Teatr mövsümünün bağlanışından FOTOLAR

Qusarda "Bəxt üzüyü" səhnələşdirildi: Teatr mövsümünün bağlanışından FOTOLAR

Vüqar Həşimovun qardaşı YÜKSƏK VƏZİFƏ qazandı

Vüqar Həşimovun qardaşı YÜKSƏK VƏZİFƏ qazandı

End of content

No more pages to load

RADİO