Ağdaşda “Kalaşnikov” avtomatı aşkarlanıb.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, Ağdaş şəhəri ərazisində odlu silah tapılması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat və daraq aşkarlanaraq götürülüb.
Silah-sursat ekspertizaya göndərilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu