Fitrəni dollarla hesablamaq olarmı? - İlahiyyatçı AÇIQLADI

Ramazan ayı sona yaxınlaşanda hər il Qafqaz Müsəlmanları İdarəsinin fitrə zəkatı ilə bağlı açıqlaması narazılıq yaradır. Bu da fitrə zəkatının konkret miqdarda və milli valyuta ilə təyin edilməsilə bağlı olur.

Bəs fiqh üsulları fitrə zəkatının miqdarını necə təyin edir? Fitrə zəkatının hikməti nədir?

Bizim.Media Musavat.com -a istinadla xəbər verir ki, dini sahə üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı fikirlərini açıqlayıb:

"Bir deyim çox sadə dillə bunu izah edir: Sizə qalan aldığınız deyil, verdiklərinizdir.

"Sevdiyinizdən infaq etmədikcə gerçək ehsan sahibi olmazsınız" ("Ali İmran" surəsi, ayə 92). Bu ayənin hikməti də insana sevdiyindən ehsan etmək, ehtiyac sahiblərinə hədiyyə verməyi öyrədir. Ən gözəl ehsan sahibi də özü üçün qiymətli bildiklərindən ehtiyac sahiblərinə bağışlayandır. Fitrə zəkatını nə qədər səxavətli şəkildə versəniz, bilin ki, qazandığınız da o qədərdir.

Qeyd edim ki, bəzən fitrə zəkatı barədə açıqlama verilərkən zəkatın miqdarı milli valyuta ilə ifadə olunur. Bir çox hallarda Azərbaycanda yaşayan müsəlmanlar üçün zəkatın verilməsinin bu şəkildə ifadəsi çaşqınlıq yarardır.

Bir dini hökm birtərəfli olaraq bir dövlətin milli valyutası ilə təyin edilə bilməz. Hansısa ərzaq məhsulunun dəyərinin nisbətində zəkat olaraq ölçü kimi qəbul edilir. Çünki dini hökm millət və dövlətlər üçün deyil, ümmət üçündür. Yəni sadə dildə məsələ bu şəkildə izah edilə bilər.

Fitrə zəkatı 3 kq arpa, buğda, qarğıdalı, kişmiş və yaxud xurmanın dəyərində verilə bilər. Bu məhsulların birinin qiymətini seçib, kimin hansı məhsulun qiymətinin üç misli həddində zəkat vermək imkanı varsa, o şəkildə verə bilər".

Dinşünas əlavə edib ki, fitrə zəkatının verilməsi ilə bağlı digər məzhəb alimlərinin də fikirləri fərqlidir:

"Buna uyğun olaraq hər kəs öz məzhəbinin fiqh üsuluna uyğun zəkat verə bilər. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verilə bilər. Cəfərilik fiqhi bu məhsulların əvəzinə pul verilməsini qəbul etsə də, şafii məzhəbinin fiqhinə görə bu qaydada fitrə zəkatı vermək olmaz.

Yalnız hənəfi məzhəbində fitrə zəkatının miqdarı buğda üçün adambaşına təqribən 1,5 kq. müəyyən edilib; qalan ərzaq növləri üçün ölçü 3 kiloqramdır.

Fitrə zəkatını verərkən bir məsələyə də xüsusi həssaslıqla yanaşmaq lazımdır. Zəkatı bayram namazından əvvəl vermək gərəkdir ki, bu zəkatı alan şəxslər də könül xoşluğu ilə bayram edə bilsinlər. Allah ehtiyac sahiblərini sevindirsin, zəkat verənlərin zəkatını qəbul etsin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sosial şəbəkələrdə "ev yıxan" trend yayılıb — Açıqlama

Sosial şəbəkələrdə "ev yıxan" trend yayılıb — Açıqlama

MİQ imtahanlarının test mərhələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

MİQ imtahanlarının test mərhələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

Belçikada anomal istilər insanların vaxtından əvvəl ölümünə SƏBƏB OLDU

Belçikada anomal istilər insanların vaxtından əvvəl ölümünə SƏBƏB OLDU

Kəlbəcərdə çay kənarından meyit tapıldı

Kəlbəcərdə çay kənarından meyit tapıldı

Hikmət Həsənov uzun müddətdən sonra görüntüləndi – FOTO

Hikmət Həsənov uzun müddətdən sonra görüntüləndi – FOTO

Nazir müavini BMT-də minaların törətdiyi fəsadlardan danışdı

Nazir müavini BMT-də minaların törətdiyi fəsadlardan danışdı

İran BƏƏ-ni xəbərdar etdi: Bütün limanlar vurulacaq

İran BƏƏ-ni xəbərdar etdi: Bütün limanlar vurulacaq

Ağır vəziyyətdə xəstəxanaya gətirilən körpə vəfat etdi

Ağır vəziyyətdə xəstəxanaya gətirilən körpə vəfat etdi

Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz

Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz

Argentina millisinin qələbə üçün 9 BATİL İNANCI

Argentina millisinin qələbə üçün 9 BATİL İNANCI

Yüksək temperatur Türkiyədə meşə yanğınlarına səbəb oldu - FOTO

Yüksək temperatur Türkiyədə meşə yanğınlarına səbəb oldu - FOTO

Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"

Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"

Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya GƏTİRİLİR - RƏSMİ

Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya GƏTİRİLİR - RƏSMİ

Göygöldə kəndləri birləşdirən strateji körpü qəzalı vəziyyətə düşdü - FOTO

Göygöldə kəndləri birləşdirən strateji körpü qəzalı vəziyyətə düşdü - FOTO

Livan Prezidenti Trampla görüşmək üçün ABŞ-yə GETDİ

Livan Prezidenti Trampla görüşmək üçün ABŞ-yə GETDİ

Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət aldı

Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət aldı

“Neftçi” Konfrans Liqası üçün heyətini açıqladı

“Neftçi” Konfrans Liqası üçün heyətini açıqladı

Yuxuda qızıl tapmaq nə deməkdir?

Yuxuda qızıl tapmaq nə deməkdir?

DİN-dən əməliyyat: Tonlarla çətənə kolu məhv edildi

DİN-dən əməliyyat: Tonlarla çətənə kolu məhv edildi

Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA

Məşhur Portuqaliya klubu müflis oldu

Məşhur Portuqaliya klubu müflis oldu

Qusarda "Bəxt üzüyü" səhnələşdirildi: Teatr mövsümünün bağlanışından FOTOLAR

Qusarda "Bəxt üzüyü" səhnələşdirildi: Teatr mövsümünün bağlanışından FOTOLAR

Vüqar Həşimovun qardaşı YÜKSƏK VƏZİFƏ qazandı

Vüqar Həşimovun qardaşı YÜKSƏK VƏZİFƏ qazandı

End of content

No more pages to load

RADİO