"Qardaş Türkiyənin qorxusu olmasaydı kökümüzü tamamilə kəsərdilər"

Nə işdirsə Türkiyə haqda fikirləşdiyim zaman romantikanın əsirinə çevrilirəm. Tahirə mülləmədən səbəbini soruşarkən dedi ki, tək sən belə deyilsən. Bu ruh, bu sevgi qələm sahiblərinin çoxuna məxsusdur. Bu dəfə şəxsinə və səmimiyyətinə son dərəcə hörmət bəslədiyim, böyük dövlət adamı və bənzərsiz siyasi xadim, 15 iyun dövlət cevrilişinə cəhd zamanı əsl mətinlik nümayiş etdirən, Türkiyə və Erdoğan üçün yuxusuz gecələr keçirən sadiq əqidə dostu və son döyüşə hazır dayanan cəsur türk əsgəri Binəli Yıldırımın ölkəmizə səfəri, xüsusən Azərbaycan dilində şirin-şəkər çıxışı məni daha da duyğulandırdı.

Axı, doğrudan, Türkiyəni necə sevməmək olar? Mümkünmü? Yox, bir də yox! Ürəkdən, qandan qopan tükənməz bir sevgidir. Azərbaycan türkünün qəlbində özünə yuva salan əvəzsiz bir varlıqdır, yıxılmayan bir divardı Türkiyə! İçimdəki yeniıməz, əzəmətli sütundu Türkiyə! Hörən belə hörüb. Yazan belə yazıb.

Yadıma gəlir, lap körpəlikdən dədəm Xəlil kişi əllərimdən tutub məni quyumuzun başına aparar və Ağrını göstərib deyərdi ki, o dağ bizimkidir. Uşaq zehniyyətilə dünyagörmüş dədəmdən soruşardım, ora da Zəngibasarındı? Dədəm gülə-gülə söylərdi,- qonşu rayondu oğlum. Zəngibasar İrəvana bitişik bir türk əyaləti idi. İlin isti aylarında Ağrıdan əsən sərin meh kəndimizə qədər gəlib çatardı və nəfəsimizi təntiməyə qoymazdı.

Quyumuzun başından Ağrıya tez-tez baxardım. Dədəm artıq rəhmətlik olmuşdu. Bəzən mənə elə gəlirdi ki, qollarımı uzatsam bir-birinə söykək dayanan başıqarlı - qoşa zirvəli Ağrını qucaqlaya biləcəm. Gəncliyimin qaynar günləri o doğma yurdlarda keçib. Düz 31 il. Erməni- rus siyasəti nəticəsində ötən yüzilliyin əvvəllərindən başlayaraq qədim türk torpaqları boşaldılırdı. Millətimiz 20-ci əsrdə dörd dəfə bu faciəni yaşamalı olub. 1918-ci ildə İrəvan, Zəngibasar, Vedibasar mahallarına çar Rusiyası tərəfindən silahlandırılmış erməni dəstələrinin hücumları böyük qaçqın axınına səbəb olmuş, ölümdən canını qurtarmaq üçün yerli əhali Araz cayını keşərək Türkiyə və İrana üz tutmuşdur. Bir hissə də Naxçıvan quberniyasına pənah gətirmişdi. Kəndlər viran edilmiş, yüzlərlə soydaşımız qətlə yetirilmişdir. O zaman Araz nəhri daha gur gəlirmiş. Elə ailələr olub ki, əl-ələ verib çayı keçmək istərkən Arazın sularına qərq olub axıb getmişlər. Boş qalmış kəndlərə İrandan, Suriyadan, Yunanıstandan, hətta İrakdan rus vaqonları ilə daşınmış ermənilər köçürülmüşlər. Üçüncü deportasiya 1948-53-cü illəri əhatə edir ki, həmin vaxt da 500 minə yaxın azərbaycanlı öz dədə-baba yurdlarından məhz SSRİ dövlətinin hazırladığı plan əsasında çıxarılaraq Azərbaycanın müxtəlif rayonlarına səpələnmişlər. Aran bölgələrinin təbii iqliminə və yerli şəraitinə uyğunlaşmayan xeyli sayda məcburi köçkün vaxtsız dünyalarını dəyişmişlər. 1988- ci ildə isə rus əsgərlərinin köməyinə arxalanan quduzlaşmış erməni silahlı dəstələri kəndlərə hücum çəkərək türkləri ata ocağından didərgin saldılar. 300-ə yaxın günahsız soydaşımız qətlə yetirildi. Qonşu Qaraqışlaq kəndindən Müşfiq adlı bir gənci tikanlı məftillərlə dəmir boruya sarıyaraq yanmış vəziyyətdə 57 siqaret kötüyünü bədəninin müxtəlif yerlərinə basaraq öldürmüşlər. Hətta siqaret kötüyü ilə Müşfiqin dilini və gözünün gilələrini də yandırmışlar. Bizi türk deyə qırırdılar. Bu cür vəhşiliyi, vandalizmi dünyanın hec bir tarix kitabında tapmaq mümkün deyil. Pəmbək mahalında isə iri dəmir borunun içərisinə qoca, cavan, uşaq, 7 hamilə qadın da daxil 64 talesiz insanı doldurub, hər iki tərəfdən borunu lehimləyərək diri-diri torpaga quyulamışlar.

Faciələrimizi saymaqla bitməz. Qardaş Türkiyənin qorxusu olmasaydı kökümüzü tamamilə kəsərdilər. Bu qədər haqsızlıqların və cinayətlərin qarşılığında ədalətsiz dünyanın bir kəlməlik səsini belə eşitmədik. Sonuncu didərgin soydaşlarımızın bir hissəsi Dağlıq Qarabağda yerləşsə də, sonradan sapı özümüzdən olan baltaların vasitəsi ilə Sovet Mərkəzi Komitəsinin əmri əsasında oradan çıxarıldılar. Ardı hər kəsə məlumdur. Halbuki antiazərbaycan siyasətinə qarşı möhkəm dirəniş göstərilsəydi, vəziyyət tamam cür olardı. Dövrün Azərbaycan rəhbərliyində milli təpər çatmadığına görə torpaqlarımızın işğalı üçün əlverişli zəmin yarandı. Moskvadan hansı göstəriş gəlirdisə, maymaq Vəzirov icra etmək üçün dəridən-qabıqdan çıxırdı...xa0

Artıq 30 ildir bu il, ya gələn il düşməni İsa bulağında keçirdikləri toy-bayrama həsrət qoyub doğma torpaqlarımıza dönəcəyimizlə təskinlik tapırıq. Artıq münaqişənin dinc vasitələrlə həll limiti demək olar ki, tükənib. Daha açığı, sülh variantı meydanı tərk edərək müharibənin önünü açıb. Ermənistanın yeni rəhbərliyinin qeyri- xarizmatik düşüncə tərzi ilə yanaşı Qarabağ məsələsində onun yürütdüyü siyasətin əvvəlkilərdən heç nə ilə fərqlənmədiyini gözardı etmək yəqin ki, çətin olmaz. Ter-Petrosyandan üzü bəri hər bir erməni rəhbəri üçün Laçın da daxil Dağlıq Qarabağ faktoru dəyişilməzdir. Müharibəsiz Qarabağ yoxdur. Bəlkə yol var, mən anlamıram. Bilən varsa anlatmasını rica edərdim. Ən azından "təkrar təxribata" və təkrar düşmən dəyirmanına su tökməyə yol açmamaq üçün "ağıl" vermənizə ehtiyac duyuram. Türkə patoloyi nifrəti ilə alışıb-yanan ermənidən iynənin ucu boyda səmimiyyət gözləmək özünü aldatmaq kimi bir şeydir. Erməni anası doğduğu körpənin qulağına xəstəxanadaca sənin düşmənin türkdür deyə pıçıldayır. Orada azərbaycanlı kəlməsi yox idi. Əslində millətimizin əsl adı ilə çağırardılar. Nənəm Leylan arvadın və babam Xəlil kişinin bizə yadigar qalan sənədlərində də milliyyətləri türk kimi yazılmışdır. Qardaş Türkiyədə isə bizi azəri adlandırırlar. Əslində azəri deyilən millət yoxdur. Stalin türklüyü parçalamaq üçün bu məkrli siyasətə əl atmışdır. Biz Azərbaycan türkləriyik və ölkədəki digər millət və xalqlarla bərabərhüquqlar əsasında birlikdə yaşayırıq. Talış, ləzgi, kürd, türk, avar, tat qardaşlığı Azərbaycanın ən böyük sərvətidir. Ayrı-seçkilik salan ən böyük düşmənimizdir.

Şahidi olduğum bir hadisəni danışmaq istərdim. İrəvanda "Sovet Ermənistanı" respublika qəzetində calışırdım. Partiya və sovet quruculuğu şöbəsinə təsdiq olunmaq üçün sənədlərim Mərkəzi Komitəyə göndərilmişdi. Bu şöbə aparıcı şöbə olduğundan büronun nomenklaturasına daxil idi. Məni büroya çağırdılar. Karen Dəmirçyan MK-nın birinci katibi idi. Əslən Leninakan tərəfdən olan bu adam qarabağlılarla heç düz gəlmirdi. Klanlararası mübarizənin bünövrəsi məhz onun vaxtında qoyulmuş, getdikcə də kəskin xarekter almışdır. Türk düşmənçiliyi Dəmirçiyan üçün xüsusi əhəmiyyət kəsb edirdi. Nəhayət, növbəm çatdı və məni içəri apardılar. Başladı mənimlə məzələnməyə. Sonda dedi ki, "turki dğa, qaroğes aşğades." Yəni türkün oğlu, işləyə bilərsənmi? Ürəyimdə söyməkdən başqa çarəm qalmamışdı...O zaman çox gənc idim, 24-25 yaşında olardım. Erməniyə də faşistdən betər baxırdım. Onlar türkə münasibət məsələsində bir-birlərindən qəti seçilməzdilər. Ancaq Azərbaycanda bəzi "ürəyi geniş" adamlar xalqın günahının olmadığını bu gün də israrla hayqırırlar.xa0

Ermənini tanımaq gərəkdir, tanımaq...xa0

Apardığım araşdırma zamanı 1937-ci il Stalin represiyası üzrə plan da Ermənistan türklərinin hesabına yerinə yetirilmişdir. Ümumiyyətlə, erməninin düzəlməsi müşkül məsələdir. Dünyanın böyük mütəfəkkirlərinin qənaətlərinə görə də ermənin yaranışından dürüst əməl sahibi olmadığı və bu torpaqlara haradan gəldikəri bilinməyən naməlum bir etnik tayfa olduqlar çox qabarıq göstərilir. Uzağa getməyib elə özlərinə istinad edək. Manuk Abeğyan1975- ci ildə çapdan çıxan "Erməni ədəbiyyatı tarixi" əsərində qeyd edir:"Erməni xalqının əsl adı nədir, necə və nə vaxt, haradan və hansı yollarla buraya gəlib. Bizim əlmizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur". İrəvanda Qarabağ mitinqlərinin birində iştirak etdiyi bilinən müəllifin oğlu ultura millətçi, rəssam, SSRİ xalq deputatı İgidyanın fitvası ilə opera meydanında qətlə yetirilir. Kerop Patkanyan isə belə deyir :" Ermənilər həmişə yaşadıqları yerlərin yaramaz sahibləri olublar, öz yaxınlarını sataraq həmişə güclü qonşularına məharətlə qulluq ediblər . Bu fikirlərin 1875 - ci ildə qələmə alınmasına baxmayaraq bu günün özündə belə öz reallığını qoruyub saxlayır.

Şopenə görə isə əxlaqi baxımdan ermənilər heç də xoşa gələn imic sahibi olmamışlar. Hiyləgərlik onların əsas fərqləndirici xüsusiyyətləridir.Yaltaqdırlar, sədaqətli deyillər və artıq onlara lazım olmayan adamı çox asanlıqla yaddan çıxarırlar. Məhşur Engls isə erməni qadınının namussuz və fahişə olduğunu irəli sürür və yeniyetmə erməni qızlarının bakirəliklərindən erkən və həvəslə imtina etdiklərini qeyd edərək yer üzündə ərinə xeyanətdə erməni qadınının tayı-bərabəri yoxdur. Alman səyyahı Alfred Karte "Anadolu eskizləri" əsərində yazır :" Bu əyalətlərdə xalqı yaxşı tanımağa başlayan hər bir kəs türkləri sevməyi, onlara hörmətlə yanaşmağı və ermənilərə nifrət etməyi öyrənir. Əgər Anadoluda sizi aldadan olubsa, deməli erməniyə tuş gəlibsiniz". Əlavə tarixi mənbələrə müraciət etməyə gərək yoxdur. Erməninin satqın, xəyanətlar namərd olduğunu dünya bilsə də etiraf etmir. Bu etirafları yalnız tarixi mənbələrdən öyrənə bilirik.xa0

Eldar Sabiroğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi daha bir rekord qırdı

Messi daha bir rekord qırdı

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

End of content

No more pages to load

RADİO