100 yaşlı abidəni dağılmaqdan BİTKİ KOLU QORUYUR - Unikal memarlığa malik hamam niyə bərpa edilmir? – FOTO

Cəlilabad şəhərinin mərkəzində yerləşən və rayonun ən qədim tarixi abidələrindən biri hesab olunan Cəlilabad hamamı tamamilə dağılmaq təhlükəsi ilə üz-üzədir. 

Yerli əhəmiyyətli memarlıq abidəsi kimi tanınan bu tikilinin bir neçə ilə 100 illik yubileyi tamam olacaq.

Lakin uzun illər qorunub saxlanılan bu tarixi məkan hazırda baxımsızlıq səbəbindən yararsız vəziyyətə düşüb.  Sakinlərin sözlərinə görə, vaxtında lazımi tədbirlər görülmədiyindən divarlarında iri çatlar əmələ gəlib və bu çatlar getdikcə genişlənir. 

Məlumata görə, iki böyük günbəzdən ibarət olan hamam bölgədə ilk kanalizasiya sisteminə malik tikililərdən biridir. Keçmişdə burada xüsusi saxsı borular vasitəsilə həm divarlarda, həm də yeraltı hissədə kanalizasiya sistemi qurulmuşdu. Yaşlı və yerli sakinlərin sözünə görə cəmi  bir neçə odunla səhərdən axşama qədər hamamın həm suyu, həm də içərisi isidilirmiş. Hamam fəaliyyətini dayandırdıqdan sonra müxtəlif məqsədlərlə istifadə olunub. Lakin illər ərzində əsaslı təmir aparılmadığı üçün divarlar getdikcə daha da zədələnib.


Qeyd edək ki, məhz bu hamam ictimai iaşə obyekti olaraq qadınlar, həmçinin kişilər üçün ayrı-ayrılıqda xidmət göstərib.


Yəni həftənin cüt günləri qadınlar, tək günləri isə kişilər üçün istifadə edilirmiş. Hamamın tarixi abidə olduğu və dövlət tərəfindən qorunduğunu bildirən xüsusi bir lövhə isə yoxdur. Ən azı hər hansı bir turistin diqqətini bura cəlb etmək mümkün deyil.

Qeyd edək ki, Cəlilabad rayonunda rəsmi olaraq 53, yerli tarixçilərin qeydlərinə görə isə 100-dən çox tarixi abidə mövcuddur. Onlardan ikisi dünya əhəmiyyətli, digərləri isə respublika və yerli əhəmiyyətli abidələr sırasına daxildir.


Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Bizim.Media-nın sorğusunu cavablandırıb.

Cavabda qeyd olunur ki, Dövlət Xidməti tərəfindən həmin hamamın qorunması və bərpa olunaraq yenidən istifadə olunması istiqamətində kompleks tədbirlərin görülməsi nəzərdə tutulur. Hamamın bərpaya ehtiyacı var. Tarixi abidənin bərpa olunması investisiya planına daxil edilib.

Qeyd edək ki, tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu hamamın da investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır.


Onu da bildirək ki, hamam dağılma prosesinə qədəm qoyduqdan sonra onu üst və arxa hissəsindən əhatəyə alan qəribə sıx bitki kolunun sayəsində bişmiş kərpicdən olan divarların tam dağılması bir qədər səngiyir. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə bitki bu sürətlə böyüsə hamamı tam ağuşuna alacaq. Deyəsən bizim qorumadığımız tarixi ana təbiət öz qanunları ilə gələcək nəslin insafına saxlayır.






Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çində tornado avtomobili havaya uçurdu – ANBAAN VİDEO

Çində tornado avtomobili havaya uçurdu – ANBAAN VİDEO

Türkiyə, Rusiya və S-400: Ankara üçün üç mümkün ssenari

Türkiyə, Rusiya və S-400: Ankara üçün üç mümkün ssenari

İran yunan maqnatının tankerini ələ keçirdi - FOTO

İran yunan maqnatının tankerini ələ keçirdi - FOTO

“Sədərək” və “Binə” bağlana bilər– AÇIQLAMA

“Sədərək” və “Binə” bağlana bilər– AÇIQLAMA

Co Baydenin oğlu Hanterdən YENİ XƏBƏR VAR – Görün nə işlə məşğuldur?

Co Baydenin oğlu Hanterdən YENİ XƏBƏR VAR – Görün nə işlə məşğuldur?

Tramp: "Biz İrana qalib gəlirik" – VİDEO

Tramp: "Biz İrana qalib gəlirik" – VİDEO

Lavrov yenə ÜMİD VERDİ: “Ukrayna məsələsini nizamlamağa hazırıq” - VİDEO

Lavrov yenə ÜMİD VERDİ: “Ukrayna məsələsini nizamlamağa hazırıq” - VİDEO

Salyanda müəmmalı hadisə: Çobanın 84 baş qoyunla birlikdə yoxa çıxması ilə bağlı YENİ DETALLAR - FOTO

Salyanda müəmmalı hadisə: Çobanın 84 baş qoyunla birlikdə yoxa çıxması ilə bağlı YENİ DETALLAR - FOTO

Hüquqşünas alimə cinayət işi açıldı

Hüquqşünas alimə cinayət işi açıldı

İqtisadi əməkdaşlıqdan strateji tərəfdaşlığa – Bakı-Berlin arasında yeni ƏMƏKDAŞLIQ MODELİ

İqtisadi əməkdaşlıqdan strateji tərəfdaşlığa – Bakı-Berlin arasında yeni ƏMƏKDAŞLIQ MODELİ

Çəkiliş meydançasında qadağan etdiyi əşyalar hər kəsi təəccübləndirdi – FOTO

Çəkiliş meydançasında qadağan etdiyi əşyalar hər kəsi təəccübləndirdi – FOTO

Zelenski: “Putinin ətrafı onun haqda informasiyaları bizə ötürür”

Zelenski: “Putinin ətrafı onun haqda informasiyaları bizə ötürür”

Trampı təqlid edən şəxs gündəm oldu – VİDEO

Trampı təqlid edən şəxs gündəm oldu – VİDEO

İran ABŞ bazalarına hücum görüntülərini yayımladı – VİDEO

İran ABŞ bazalarına hücum görüntülərini yayımladı – VİDEO

Qaçılmaz fürsət: Bu bürclər üçün uğur və pul çox yaxındadır

Qaçılmaz fürsət: Bu bürclər üçün uğur və pul çox yaxındadır

Əks istiqamətdə hərəkət edən skuterlər qəza şəraiti yaratdılar – ANBAAN VİDEO

Əks istiqamətdə hərəkət edən skuterlər qəza şəraiti yaratdılar – ANBAAN VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ

Argentina Futbol Assosiasiyası prezidentinin ABŞ-da saxlanılması xəbəri YALAN ÇIXDI

Argentina Futbol Assosiasiyası prezidentinin ABŞ-da saxlanılması xəbəri YALAN ÇIXDI

Dronlar Başqırdıstana da gedib ÇATDI – VİDEO

Dronlar Başqırdıstana da gedib ÇATDI – VİDEO

Bu kəndə köçmək üçün minlərlə insan növbəyə düzüldü – Fotolar

Bu kəndə köçmək üçün minlərlə insan növbəyə düzüldü – Fotolar

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

Yaponiyada videolara baxmaq üçün xüsusi eynək hazırlandı – VİDEO

Yaponiyada videolara baxmaq üçün xüsusi eynək hazırlandı – VİDEO

İsti yay günlərində də Bakıda tıxaclar bitmir… - Əvvəlki illərlə müqayisədə NƏ DƏYİŞİB?

İsti yay günlərində də Bakıda tıxaclar bitmir… - Əvvəlki illərlə müqayisədə NƏ DƏYİŞİB?

Gecə saatlarında Rusiyanın bir neçə vilayətinə PUA hücumu oldu – VİDEO

Gecə saatlarında Rusiyanın bir neçə vilayətinə PUA hücumu oldu – VİDEO

End of content

No more pages to load

RADİO