“Sərdar Cəlaloğlu qəza törətdi, 50 manat pul verib getdi”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu idarə etdiyi avtomobillə mopedi vurub. 

Bizim.Media xəbər verir ki, bu iddia ilə “Müsavat”a moped sürücüsü Hüseyn Tanrıverdiyev müraciət edib. 

Onun sözlərinə görə, hadisə martın 15-i səhər saatlarında Rəşid Behbudov küçəsində baş verib. 

H. Tanrıverdiyev bildirib ki, S.Cəlaloğlu ona 50 manat pul verərək hadisə yerindən sürətlə uzaqlaşıb:

“Rəşid Behbudov küçəsindən üzü “28 May” tərəfə qalxırdım. Orada işıqfor yandı. Mən 3-cü xətdən 2-ci xəttə keçdim. O da birinci xətdən gəlirdi. Mən sola döndüyüm məqamda o məni vurdu. Sürətlə səki daşlarına dəydim, yerə yıxıldım. Ondan sonra insanlar ətrafıma yığışdı.
 

Sərdar müəllim avtomobilini qabaqda saxlayıb yanıma gəldi, sadəcə “yaxşısan” filan deyərək maşınına tərəf getdi. Arxasınca gedib dedim ki, kömək edin. Mənə qayıdıb dedi ki, sən avtomobilimi vurmusan. Dedim ki, axı motosikletlə necə o böyüklükdə maşını vura bilərəm?


Çıxarıb mənə 50 manat pul verdi. Həmin vaxt motosikletə baxmamışdım, sonradan baxanda gördüm ki, xərci 220 manat civarında edir. Qayıdıb təzədən söhbət etmək istəyəndə gördüm ki, yoxdur. Sürüb getmişdi…”. 

Sürücü qeyd edib ki, sonradan polis əməkdaşları hadisə yerinə gələrək şikayətçi olub-olmadığını soruşublar:

“Həmin vaxt üçün bunu düşünəcək vəziyyətdə deyildim. Dedim ki, özü ilə danışmışam. Düşünürdüm ki, sonradan maraqlanar. Polislər dedi ki, nəsə bir şikayətin olsa, Nəsimi Rayon Polis İdarəsinə yaxınlaşarsan. Mopedi ustaya göstərdim, dedi ki, 250 manata yaxın xərci var. Lap Sərdar müəllim də maraqlana bilər.
 

Kiminsə mənə artıq pulu lazım deyil. Ailəmi öz zəhmətimlə dolandırıram. İndi də mopedi düzəltdirməyə imkanım yoxdur. Xahiş edirəm ki, Sərdar müəllim mənə kömək etsin. Sadəcə özü ilə əlaqə saxlamaq imkanım olmadığı üçün sizə üz tutdum”. 


Sayt S. Cəlaloğlunun özü ilə əlaqə saxlayıb. Partiya sədri qəzada heç bir günahının olmadığını söyləyib, hətta dəyən ziyanı artıqlaması ilə ödədiyini vurğulayıb:

“Hara istəyirsə, müraciət etsin”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amerikalı iş adamı: Vaşinqton Kiyevə istədiyi qədər yardım edə bilmir - VİDEO

Amerikalı iş adamı: Vaşinqton Kiyevə istədiyi qədər yardım edə bilmir - VİDEO

Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu elanlara inanmayın

Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu elanlara inanmayın

ÇSKA “Qarabağ”la oyuna itki ilə ÇIXACAQ

ÇSKA “Qarabağ”la oyuna itki ilə ÇIXACAQ

Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı- 16 milyona

Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı- 16 milyona

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

SEPAH Küveytdə ABŞ bazalarına zərbələr endirdi – VİDEO

SEPAH Küveytdə ABŞ bazalarına zərbələr endirdi – VİDEO

3 arvadı ilə öyünən bloqer cərimələndi - FOTO-VİDEO

3 arvadı ilə öyünən bloqer cərimələndi - FOTO-VİDEO

Autizmli uşağı avtobusdan düşürən sürücü ilə bağlı “BakuBus”dan AÇIQLAMA

Autizmli uşağı avtobusdan düşürən sürücü ilə bağlı “BakuBus”dan AÇIQLAMA

Plüşenkonun yetirməsi Qırğızıstan millisində çıxış edəcək

Plüşenkonun yetirməsi Qırğızıstan millisində çıxış edəcək

Şumer: İranla müharibəni dayandırmaq üçün yeni səsverməyə nail olacağıq – VİDEO

Şumer: İranla müharibəni dayandırmaq üçün yeni səsverməyə nail olacağıq – VİDEO

"Arka Sokaklar"ın “Müdir Vedat”ının son halı hər kəsi təəccübləndirdi – FOTO

"Arka Sokaklar"ın “Müdir Vedat”ının son halı hər kəsi təəccübləndirdi – FOTO

Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırdı

Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırdı

Rusiyada PUA hücumlarının nəticələri: Ölən və yaralananlar var - VİDEO

Rusiyada PUA hücumlarının nəticələri: Ölən və yaralananlar var - VİDEO

Hindistanda daşqınlar 40-dan çox insanın həyatına son qoydu – VİDEO

Hindistanda daşqınlar 40-dan çox insanın həyatına son qoydu – VİDEO

Türk müğənniyə rekord təklif: Səhnəyə qayıtmaq üçün 2 milyon dollar

Türk müğənniyə rekord təklif: Səhnəyə qayıtmaq üçün 2 milyon dollar

Tovuz polisindən ƏMƏLİYYAT: Tutulanlar var – VİDEO

Tovuz polisindən ƏMƏLİYYAT: Tutulanlar var – VİDEO

Metroda NFC ilə keçiddə PROBLEM YARANDI

Metroda NFC ilə keçiddə PROBLEM YARANDI

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Arzumu həbsdən buraxan hakim kimdir?

Arzumu həbsdən buraxan hakim kimdir?

211 nömrəli marşrutda İNSİDENT – Sürücü autizmli uşağı avtobusdan düşürdü – VİDEO

211 nömrəli marşrutda İNSİDENT – Sürücü autizmli uşağı avtobusdan düşürdü – VİDEO

İlham Əliyevdən misirli həmkarına TƏBRİK MƏKTUBU

İlham Əliyevdən misirli həmkarına TƏBRİK MƏKTUBU

Ölümə yaxın son mərhələdə görünə bilən 3 əsas əlamət

Ölümə yaxın son mərhələdə görünə bilən 3 əsas əlamət

Rusiyaya getmək istəyənlərə XƏBƏRDARLIQ

Rusiyaya getmək istəyənlərə XƏBƏRDARLIQ

Hörmüz boğazında tanker partladı - VİDEO

Hörmüz boğazında tanker partladı - VİDEO

End of content

No more pages to load

RADİO