Bakıda 211 nömrəli marşrut avtobusunun sürücüsü ilə sərnişin arasında gərginlik yaşanıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Videodan aydın olur ki, qadın övladı və onun kiçik skuteri ilə avtobusa daxil olur. Bu zaman sürücü avtobusa skuter və velosipedlə girməyin qadağan olduğunu bildirib.
Nəticədə tərəflər arasında gərginlik yaşanıb. Ana övladının autizm xəstəsi olduğunu vurğulayaraq, piyada gəzməyin çətinliyini dilə gətirib.
Buna baxmayaraq sürücü qadını və övladını avtobusdan düşürüb.
Həmin kadrları təqdim edirik:
Bizim.Media