Qazaxıstanın Almatı şəhər sakini sosial şəbəkədə üç arvadı olduğunu nümayiş etdirdiyi paylaşımlara görə cərimələnib.
Bizim.Media xəbər verir ki, bu barədə Almatı Polis Departamenti məlumat yayıb.
Bloqer Baurjan Bakıtjanulı paylaşımlarında ilk həyat yoldaşının ona yenidən evlənməyi tövsiyə etdiyini, bundan sonra isə daha iki dəfə ailə qurduğunu bildirib. O, həyat yoldaşlarını həyatının "bəzəyi" adlandıraraq ailəsində sevgi və qarşılıqlı anlaşmanın hökm sürdüyünü qeyd edib.
Polis həmin paylaşımları Qazaxıstan qanunvericiliyinə zidd həyat tərzinin təbliği kimi qiymətləndirib və bloqerdən onları silməyi tələb edib. Bundan əlavə, ona təxminən 200 ABŞ dolları məbləğində cərimə tətbiq olunub.
Bildirilib ki, bloqer daha sonra ailəsinin maddi çətinliklərlə üzləşdiyini açıqlayıb. Bu paylaşım sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub. İstifadəçilər xatırladıblar ki, İslamda kişinin birdən çox həyat yoldaşı olmasına yalnız onları bərabər şəkildə maddi cəhətdən təmin edə bildiyi halda icazə verilir.
Bizim.Media