"Temu" onlayn alış-veriş platformasında üzərində Azərbaycan gerbi olan kepkaların "Ermənistan emblemi" adı altında satılmasına aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Baku.ws”ə Viva Kommunikasiya agentliyindən Ləman Ağazadə açıqlama verib.
"Problem məhsulun yazılı təsvirindəki tərcümə xətası ilə əlaqədardır. Dəqiqliyi təmin etmək üçün məhsulu platformamızdan sildik, oxşar məhsulları yenidən nəzərdən keçirdik və xətanın aradan qaldırılması üçün dərhal tədbirlər gördük", - “Temu”nun açıqlamasında qeyd olunub.

Bizim.Media