Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtoxuliqanlıq edən sürücü Kamran Şükürov saxlanılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, o, idarə etdiyi “VAZ-2109” markalı avtomobillə qarlı hava şəraitində yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə K.Şükürovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs edilib.

Bizim.Media, Aran bürosu