İnternet sürətini necə artırmaq olar?

 

İnternet həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Əvvəllər sadəcə informasiya mənbəyi kimi qəbul edilən internet, bu gün təhsil, iş, əyləncə, alış-veriş və sosial münasibətlərin əsas platformasıdır. Gündəlik həyatımızda internetin rolu o qədər böyükdür ki, artıq həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil.

Bu halda internetinizin sürəti həyatınıza birbaşa təsir edən faktora çevrilir. İnformasiyanın ötürülməsi nə qədər sürətli olarsa, istifadəçilər üçün internetdən istifadə bir o qədər rahat və səmərəli olur. Yüksək internet sürəti iş proseslərindən tutmuş əyləncə və təhsilə qədər hər sahədə vacib rol oynayır.

İnternet sürəti, məlumatların cihazlara nə qədər sürətlə ötürüldüyünü ifadə edən bir göstəricidir və əsasən Mbps (Megabit per second) və ya Gbps (Gigabit per second) ilə ölçülür. İnternet sürətinə müxtəlif faktorlar təsir edə bilər. İnternetinizin sürətinə təsir edən əsas amillərdən biri Wi-Fi routerinizin hansı tezlik diapazonunda işləməsidir. Wi-Fi routerləri iki əsas tezlik diapazonunda işləyir: 2.4 GHz və 5 GHz. Bu tezliklər internetin sürətinə, əhatə dairəsinə və stabil işləməsinə təsir göstərir. Bəs bu iki tezlik arasında hansı fərqlər var və hansını seçmək daha məqsədəuyğundur? 2.4 GHz tezliyi – daha geniş əhatə dairəsinə malikdir, lakin məlumat ötürmə sürəti daha aşağıdır. 5 GHz tezliyi – daha sürətli internet təmin edir, lakin əhatə dairəsi daha məhduddur.

Demək olar ki, bir çox müasir routerlər 5 GHz tezliyini dəstəkləyir, amma hər zaman istifadəçilər 5 GHz tezliyinə qoşulmuş olmur. Bunun əsasən iki səbəbi olur. Birincisi, router 5 GHz tezliyinə qoşuludur, amma siz cihazınızda 5 GHz tezliyinində olan Wi-Fi adını seçməmisiniz. Bu zaman siz internet sürətinizi artırmaq üçün Wi-Fi şəbəkənizi 2.4 GHz tezliyindən 5 GHz-ə keçirməlisiniz. Linkdəki addımlar sizə faydalı ola bilər: //bit.ly/5ghz-qoshulma-5. İkincisi, routerinizdə 5 GHz tezliyi qoşulu deyil, bu zaman routerinizdə 5 GHz tezliyini konfiqurasiya etmək lazımdır. Linkdəki ətraflı addımlar sizə çox faydalı olacaq: //bit.ly/5ghz-konfiqurasiya-5

Nəticədə deyə bilərik ki, əgər daha sürətli, stabil və rahat internet bağlantısı istəyirsinizsə, 5 GHz tezliyinə keçmək mütləq məsləhətdir. İnternet sürətini artırmaq üçün sadə, lakin effektiv addımlar mövcuddur. Sadəcə bu həllər barəsində məlumatlı olmağımız lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Lebron Ceyms seçimini etdi

Lebron Ceyms seçimini etdi

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Boğulmaqda olan şəxs son anda xilas edildi

Boğulmaqda olan şəxs son anda xilas edildi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

“Kayrat” stadionsuz qaldı

“Kayrat” stadionsuz qaldı

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

Şuşa–Xankəndi yolunda avtomobil dərəyə aşdı - FOTO

Şuşa–Xankəndi yolunda avtomobil dərəyə aşdı - FOTO

Şəmkirdə 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə tapıldı – Xəstəxanada keçindi

Şəmkirdə 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə tapıldı – Xəstəxanada keçindi

Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi

Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi

Bu 3 bürc üçün yeni dövr başlayır

Bu 3 bürc üçün yeni dövr başlayır

Aşağı intellekt səviyyəsini göstərə bilən 8 davranış açıqlandı

Aşağı intellekt səviyyəsini göstərə bilən 8 davranış açıqlandı

Ağdamda yanan ərazidə minalar partlayır – ANBAAN GÖRÜNTÜLƏR

Ağdamda yanan ərazidə minalar partlayır – ANBAAN GÖRÜNTÜLƏR

End of content

No more pages to load

RADİO