Jurnalistikada oxumaq istəyənlərin qabiliyyət imtahanı başladı

Dövlət İmtahan Mərkəzi (DİM) avqust ayının 6-da 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanına start verib.


DİM-dənxa0xa0bildirlib ki, bu imtahanda 2018‑ci ilin iyul ayının 29-dan avqustun 1-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və IIIxa0ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.


İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay,Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.


İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Bu sənəddə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.


İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.


Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 446 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 125 nəfərini oğlanlar, 321 nəfərini qızlar təşkil edir. 402 abituriyent Azərbaycan, 44 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.


Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi"ni.

İmtahanın məzmunu haqqında məlumat:


Qabiliyyət imtahanında mövzular imtahanınxa0 başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.


İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti düşündürən problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.


İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir.


İnşanı (esseni) yazarkən abituriyent:

  • mövzunu açmalı və dolğun əhatə etməli;
  • yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli;
  • ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu göstərməli;
  • ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətini nümayiş etdirməli;
  • fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.


İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır.


Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bir sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilir.


“Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya işarə vurduğu, 6 və daha çox dil və nitq səhvi olan yazılara verilir.


Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır:

  • verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə materialı, əsas fakt və hadisələri bilmə;
  • abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;
  • çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
  • yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;
  • yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına tam riayət etməklə tərtib olunması.


Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndiriləcəkdir.

İnşa yazı (esse) 2–4 səhifə (ən azı 420 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “0” balla qiymətləndirilir.

Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-inxa0internet saytındaxa0yerləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

Bakıya gələn erməni idmançıların FOTOSU

Bakıya gələn erməni idmançıların FOTOSU

Dmitri Qordon: Dünyada heç bir ölkə Putinə “al, sənə pul veririk” deməyəcək - VİDEO

Dmitri Qordon: Dünyada heç bir ölkə Putinə “al, sənə pul veririk” deməyəcək - VİDEO

Malta Prezidenti Reza Deqatinin Xocalı soyqırımı ilə bağlı fotosərgisini ziyarət etdi - FOTO

Malta Prezidenti Reza Deqatinin Xocalı soyqırımı ilə bağlı fotosərgisini ziyarət etdi - FOTO

Taylandda bacı-qardaş gecə saatlarında müəmmalı şəkildə yoxa çıxdı - FOTO

Taylandda bacı-qardaş gecə saatlarında müəmmalı şəkildə yoxa çıxdı - FOTO

Zelenski: Rusiya adi mülki obyektləri “məğlub edir” - VİDEO

Zelenski: Rusiya adi mülki obyektləri “məğlub edir” - VİDEO

Netanyahu: “Nyu-Yorka gələcəyəm, heç nədən narahat deyiləm” - VİDEO

Netanyahu: “Nyu-Yorka gələcəyəm, heç nədən narahat deyiləm” - VİDEO

Norris "Formula-1" Macarıstan Qran-prisinin qalibi oldu

Norris "Formula-1" Macarıstan Qran-prisinin qalibi oldu

Putindən bloqerlərlə bağlı AÇIQLAMA - VİDEO

Putindən bloqerlərlə bağlı AÇIQLAMA - VİDEO

End of content

No more pages to load

RADİO