BİZİM TƏQVİM: 19 fevralda baş vermiş tarixi hadisələr

1988-ci il fevralın 19-da Bakıda erməni separatçılığına qarşı  ilk etiraz mitinqi keçirilib. Nümayiş iştirakçıları “Qarabağ bizimdir!” şüarlarını səsləndirirdilər. Məhz bu aksiyanın fonunda Bakıda və Qarabağda başlayan kütləvi aksiyalar sonda xalq hərəkatına çevrildi. SSRİ rəhbərliyinin ermənilərə dəstək verməsi xalq hərəkatının alovlanmasına və nəticədə Azərbaycanın müstəqil olmasına səbəb oldu.

Fevralın 19-dan sonra hadisələrin yüksək xətlə cərəyan etdiyini görən SSRİ rəhbərliyi ermənilərin də iştirakı ilə Sumqayıt hadisələrini təşkil etdi. Ermənilərin Sumqayıt hadisələrinin azərbaycanlıların tərəfindən törədilməsi cəhdləri heç bir nəticə vermədi. Başlanan xalq hərəkatının qarşısını almaq üçün aparılan siyasət sonda məğlubiyyətlə nəticələndi.

Bəs,fevralın 19-da dünyada daha hansı hadisələr baş verib?

1. 1800-ci ilin fevral ayının bu günündə Napoleon Bonapart özünü Fransanın birinci şəxsi elan edib.

2. 19 fevral 1841-ci ildə ABŞ-a məxsus “Govener Fenner” yelkənli gəmisi Liverpul-Nyu-York istiqamətində səfər edərkən İngiltərə yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 122 nəfər ölüb.

3. 19 fevral 1878-ci ildə Tomas Edison fonoqrafı patentləşdirib. Fonoqraf səsin yazılması və dinlənilməsi üçün ilk qurğu olub. Bu Tomas Alva Edison tərəfindən icad edilərək 1877-ci il noyabrın 21-də ictimaiyyətə təqdim olunub. Fonoqrafın inkişafı nəticəsində qramafon və patefon  meydana gəlib.

4. 19 fevral 1861-ci ildə II Aleksandr Rusiyada təhkimçilik hüququnun ləğv olunması barədə manifest imzalayıb.

5. 19 fevral 1878-ci ildə Tomas Edison fonoqrafı patentləşdirib.

6. 19 fevral 1878-ci ildə Rusiya ilə Türkiyə arasında növbəti müharibə başa çatmış, tərəflər ilkin sülh sənədini - San-Stefano müqaviləsini imzalayıblar.

7. 19 fevral 1915-ci ildə Birinci Dünya müharibəsinin Osmanlı dövləti üçün ən əhəmiyyətli müharibəsi Çanaqqala boğazında başladı. Çanaqqala müharibəsi üçün yığınağını tamamlayan Antanta dövlətlərinin Birləşmiş donanması boğazı müdafiə etməklə vəzifəli topçu birliklərinin olduğu səngərləri bombardmana tutdu.

8. 19 fevral 1954-cü ildə Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilib.

9. 19 fevral 1959-cu ildə Türkiyə və Yunanıstan arasında Kiprlə bağlı saziş imzalanıb.

10. 19 fevral 1986-cı ildə MİR kosmik stansiyasına ilk modulu SSR tərəfindən kosmosa göndərildi. Bəşəriyyətin nizamlı olaraq içində yaşadığı ilk kosmos araşdırma stansiyası olan MİR-in vəzifəsi 23 mart 2001-ci ildə başa çatdı.

11. 19 fevral 1992-ci ildə Türkmənistan Cümhuriyyətinin bayrağı müəyyən edildi. Bu tarix ölkədə “Bayraq bayramı” kimi qeyd olunur. 19 fevral ölkənin ilk prezidenti Saparmurad Türkmənbaşının da ad günüdür.

12. 19 fevral 2003-cü ildə İranın Kerman şəhəri yaxınlığında “İL-79 MD” təyyarəsi pis hava şəraiti səbəbindən qəzaya uğrayıb, 275 nəfər həlak olub. Ölənlərin 264-ü iranlı hərbçilər, 11-i isə təyyarənin şəxsi heyəti olub

13. 19 fevral 1986-cı ildən bəri Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü qeyd olunur. Bu gün təkcə balinalar deyil, bütün dəniz məməliləri və dəniz və okeanlarda yaşayan bütün canlı varlıqlar mühafizə olunur. 200 il ərzində balinaların məhv edilməsindən sonra Beynəlxalq balinalar komissiyası onların ovlanmasına qadağa qoymuşdur. Bu qadağa hələ də qüvvədədir və iri balinaların ovlanması və balina ətinin ticarəti qanunla qadağan edilmişdir. Hər il müxtəlif təbiəti mühafizə qrupları və təşkilatları balinaların və digər su məməlilərinin mühafizəsinə diqqəti cəlb etmək məqsədilə çoxsaylı aksiyalar keçirirlər.

Fevralın 19-da bu şəxsiyyət xatırlanır:

1. Teymurilər dövlətinin yaradıcısı, böyük sərkərdə Əmir Teymur 19 fevral 1405-ci ildə vəfat edib. O, Mərkəzi Qərbi, Qərbi və Şərqi Asiya, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynaYIB. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur.

2. İlk dəfə Sosialist Əməyi Qəhrəmanı(1943) adı alan azərbaycanlı Firudin Ağayev 19 fevral 1898-ci ildə anadan olub.

3. Milliyyətcə azərbaycanlı olan Özbəkistan şairi. Yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri. Maqsud Şeyxzadə 19 fevral 1967-ci ildə vəfat edib.

4. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev 19 fevral 1993-cü ildə şəhidlik zirvəsinə yüksəlib.

5. 19 fevral 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Sədiyev şəhid olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident Azərbaycan xalçaçılarını təltif etdi – SİYAHI

Prezident Azərbaycan xalçaçılarını təltif etdi – SİYAHI

“Space”in yeni baş direktoru Ayaz Mustafayev kimdir? – DOSYE

“Space”in yeni baş direktoru Ayaz Mustafayev kimdir? – DOSYE

Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

Qaraheybətdə bədbəxt hadisə: Ölən var

Qaraheybətdə bədbəxt hadisə: Ölən var

İran tərəfindən hərbi gəminin vurulması iddialarına ABŞ-dan REAKSİYA

İran tərəfindən hərbi gəminin vurulması iddialarına ABŞ-dan REAKSİYA

Avropadakı anti-Azərbaycan kampaniyasının ANATOMİYASI – Lobbi, maliyyə və qərəzli qətnamə MEXANİZMLƏRİ

Avropadakı anti-Azərbaycan kampaniyasının ANATOMİYASI – Lobbi, maliyyə və qərəzli qətnamə MEXANİZMLƏRİ

24 kilo arıqlayan Dilarə: “Küftə, piti, bozbaş yeyirəm”

24 kilo arıqlayan Dilarə: “Küftə, piti, bozbaş yeyirəm”

"Space" TV-nin yeni baş direktoru o təyin edildi

"Space" TV-nin yeni baş direktoru o təyin edildi

BP və TLM Azərbaycanda xalça sənətinə dair 3 kitabın təqdimatını etdi - FOTOLAR

BP və TLM Azərbaycanda xalça sənətinə dair 3 kitabın təqdimatını etdi - FOTOLAR

Bu şəxslərə Rusiya vətəndaşlığı rüsumsuz verilə bilər

Bu şəxslərə Rusiya vətəndaşlığı rüsumsuz verilə bilər

"Armudu stəkanın dizaynını mən vermişəm"

"Armudu stəkanın dizaynını mən vermişəm"

Polkovnikin oğlu qətlə yetirildi - Öldürən danışdı

Polkovnikin oğlu qətlə yetirildi - Öldürən danışdı

SON DƏQİQƏ! Bu ixtisas üzrə kolleclərə qəbul DAYANDIRILDI – RƏSMİ

SON DƏQİQƏ! Bu ixtisas üzrə kolleclərə qəbul DAYANDIRILDI – RƏSMİ

Elmar Baxşıyev “Şamaxı” ilə danışıq aparır? – Özündən AÇIQLAMA

Elmar Baxşıyev “Şamaxı” ilə danışıq aparır? – Özündən AÇIQLAMA

Berlində 8-9 mayda sovet simvolikasına qadağa qoyulacaq

Berlində 8-9 mayda sovet simvolikasına qadağa qoyulacaq

Özəl məhkəmə ekspertizası nədir? – MÜSAHİBƏ

Özəl məhkəmə ekspertizası nədir? – MÜSAHİBƏ

TƏBİB-in İcraçı direktoruna üç müşavir təyin edildi – ADLAR

TƏBİB-in İcraçı direktoruna üç müşavir təyin edildi – ADLAR

Zelenski Kobaxidze ilə görüşdü: Son beş ildə ilk dəfə - VİDEO

Zelenski Kobaxidze ilə görüşdü: Son beş ildə ilk dəfə - VİDEO

“Yeniyetmələr arasında qatlanan bıçaqlardan istifadə halları çoxalıb” – Deputatdan XƏBƏRDARLIQ

“Yeniyetmələr arasında qatlanan bıçaqlardan istifadə halları çoxalıb” – Deputatdan XƏBƏRDARLIQ

SEPAH Hörmüz boğazına nəzarətlə bağlı yeni xəritə təqdim etdi - FOTO

SEPAH Hörmüz boğazına nəzarətlə bağlı yeni xəritə təqdim etdi - FOTO

SON DƏQİQƏ: İran Hörmüz boğazında ABŞ hərbi gəmisini vurdu

SON DƏQİQƏ: İran Hörmüz boğazında ABŞ hərbi gəmisini vurdu

Zelenski: “Azərbaycan və Ermənistana dayanıqlı sülh arzulayırıq”

Zelenski: “Azərbaycan və Ermənistana dayanıqlı sülh arzulayırıq”

Makron: “Avropalılar təhlükəsizlik sahəsində ABŞ-dan asılılığın əvəzini ödəyirlər” - VİDEO

Makron: “Avropalılar təhlükəsizlik sahəsində ABŞ-dan asılılığın əvəzini ödəyirlər” - VİDEO

Moruğun 5 faydalı xüsusiyyəti

Moruğun 5 faydalı xüsusiyyəti

End of content

No more pages to load

RADİO