4 uşaq anası ifadə verdi: "Ərimin xəyanətini tutub bıçaqla vurdum"

Bakının Nizami rayonunda ərini qətlə yetirməkdə cəhddə təqsirli bilinən Aynur Nağıyevanın cinayət işi üzrə ilkin baxış iclası keçirilib.

Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib.

Məlum olub ki, Aynur Nağıyeva əri içkili olduğu və evə gec-gec gəldiyi üçün bu hadisəni törədib.

Təqsirləndirilən şəxs ittiham aktına yazılanlarla razı olmayıb və özünü təqsirli bilməyib.

Dövlət ittihamçısı sübutların ardıcıllığı ilə ilk olaraq təqsirləndirilən şəxsin, sonra isə zərərçəkənin və şahidlərin ifadələri ilə davam etməyi təklif edib.

İfadə verən Aynur Nağıyeva hadisəni qısqanclıq zəminində törətdiyini bildirib:

"Mən 9 bıçaq vurmuşam, heç biri bir sm-dən artıq daxilə nüfuz etməyib. Mən onun dəfələrlə xəyanətini, başqa qadınlarla danışığını tutmuşdum. Onun telefonuna format verəndə başqa qadınla səs yazısını gördüm. 4 uşağa baxırdım mən. Hadisə olan gecə evə gec gəldi. Gəldi, dedi ki, mənə çay gətir. Dedim, kimin yanından gəlirsən, get o çay gətirsin sənə. Bu zaman dalaşdıq, çıxdı getdi, təzədən araq alıb gətirdi. Ondan sonra məlum hadisə baş verdi.

Mən boğaza yığılmışdım. Onu gecə saat 3-də telefonla oynaya-oynaya vurdum. Müstəntiq mənə layiq olmayan şeylər yazıb ittiham aktında. Ailə qurmağımıza gəlincə, 2015-ci ildə ailə qurmaq istədim, sonra o tutulduğu üçün 2017-ci ildə rəsmi ailə qurmuşuq. Nizami rayonunda kirayədə qalırdıq".

Məhkəmə prosesi 18 mart tarixinə kimi təxirə salınıb.

Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində, əri, 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Aynur Nağıyevanın barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı YENİLİK

Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı YENİLİK

Bu tarixlərdə doğulan insanların varlanmaq üçün ən böyük şansı var

Bu tarixlərdə doğulan insanların varlanmaq üçün ən böyük şansı var

Yerli məşhurların “Dream Fest” tərzi - VİDEO

Yerli məşhurların “Dream Fest” tərzi - VİDEO

Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - VİDEO

Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - VİDEO

12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı

12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı

ABŞ generalından Ukraynanın gələcəyi ilə bağlı maraqlı PROQNOZ

ABŞ generalından Ukraynanın gələcəyi ilə bağlı maraqlı PROQNOZ

Qubaya istirahətə gedən 29 yaşlı gənc qəfil həyatını itirib

Qubaya istirahətə gedən 29 yaşlı gənc qəfil həyatını itirib

Sabah Azərbaycanda 41 dərəcə isti olacaq

Sabah Azərbaycanda 41 dərəcə isti olacaq

I və IV qrupların imtahan nəticələri BU TARİXDƏ açıqlanacaq — RƏSMİ

I və IV qrupların imtahan nəticələri BU TARİXDƏ açıqlanacaq — RƏSMİ

TÜRKPA ABŞ Konqresindəki qanun layihəsini pislədi

TÜRKPA ABŞ Konqresindəki qanun layihəsini pislədi

Zelenski Trampla görüşəcək – Bu TARİXDƏ

Zelenski Trampla görüşəcək – Bu TARİXDƏ

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Bakı-Lənkəran reysində ÇƏTİN ANLAR – AYNA araşdırmalara başladı

Bakı-Lənkəran reysində ÇƏTİN ANLAR – AYNA araşdırmalara başladı

6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

Şəmkirdə bıçaqlanan 12 yaşlı qız həyatını itirib

Şəmkirdə bıçaqlanan 12 yaşlı qız həyatını itirib

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur - FOTO

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur - FOTO

Əməkdar artisti ilan sancdı - FOTO

Əməkdar artisti ilan sancdı - FOTO

Xaçmazda aptekin qarşısında meyit TAPILIB – ÖZƏL/FOTO

Xaçmazda aptekin qarşısında meyit TAPILIB – ÖZƏL/FOTO

Arıqlamağa kömək edə biləcək iki sadə VƏRDİŞ

Arıqlamağa kömək edə biləcək iki sadə VƏRDİŞ

“WhatsApp”a yeni funksiyalar ƏLAVƏ olundu

“WhatsApp”a yeni funksiyalar ƏLAVƏ olundu

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

End of content

No more pages to load

RADİO