Sosial şəbəkələrdə it döyüşlərinin keçirilməsi ilə bağlı görüntülər yayımlanıb.
Bizim.Media xəbər verir ki, Nizami Ramazanov adlı heyvansevər şəxs bununla bağlı video paylaşıb.
Sözügedən şəxs qeyd edib ki, paylaşımdan sonra Daxili İşlər Nazirliyində (DİN) bununla bağlı araşdırmalara başlanılıb:
"Dostlar paylaşdığım it döyüşləri ilə bağlı olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əməkdaşları mənimlə əlaqə saxladılar. Hazırda DİN tərəfdindən it döyüşdürən şəxslərin tapılması ilə bağlı araşdırma aparıldığı qeyd olundu".
Bizim.Media