Əhalinin içməli su təminatı ilə bağlı ŞAD XƏBƏR

Bu ildən başlayaraq Azərbaycanda şirin su ehtiyatları artırılacaq. Belə ki, Azərbaycanda 2027-ci ilin sonunadək şirin su ehtiyatlarının artırılması məqsədilə 4 yeni su anbarı yaradılacaq. Su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatı 85 %-ə çatdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da öz əksini tapıb.

2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, suvarma suyu təminatı isə 90 %-ə çatdırılacaq. Alternativ su mənbələrindən istifadə təşviq ediləcək. Həmçinin sayğaclaşma səviyyəsinin 100 %-ə çatdırılmasına, içməli su təchizatı üzrə itkilərin 33 %-ə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 %-ə qədər azaldılmasına nail olunacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bizim.Media-ya verilən məlumata görə Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə üç mərhələdə həyata keçiriləcək.  

Birinci mərhələdə 2024−2027-ci illər ərzində zəruri infrastruktur yaradılması və idarəetmənin təkmilləşdirilməsi nəzərdə tutulur.

2028−2030-cu illəri əhatə edən ikinci mərhələdə təməl şərtlərin möhkəmlənməsi əsasında “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosisteminin mühafizəsi” kimi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə üstün şəkildə yaxınlaşma təmin ediləcək.

2031−2040-cı illəri əhatə edən üçüncü mərhələdə isə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsinin təmin edilməsi planlaşdırılır.
 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 10 oktyabr 2024-cü ildə  “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.


Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı YENİLİK

Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı YENİLİK

Bu tarixlərdə doğulan insanların varlanmaq üçün ən böyük şansı var

Bu tarixlərdə doğulan insanların varlanmaq üçün ən böyük şansı var

Yerli məşhurların “Dream Fest” tərzi - VİDEO

Yerli məşhurların “Dream Fest” tərzi - VİDEO

Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - VİDEO

Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - VİDEO

12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı

12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı

ABŞ generalından Ukraynanın gələcəyi ilə bağlı maraqlı PROQNOZ

ABŞ generalından Ukraynanın gələcəyi ilə bağlı maraqlı PROQNOZ

Qubaya istirahətə gedən 29 yaşlı gənc qəfil həyatını itirib

Qubaya istirahətə gedən 29 yaşlı gənc qəfil həyatını itirib

Sabah Azərbaycanda 41 dərəcə isti olacaq

Sabah Azərbaycanda 41 dərəcə isti olacaq

I və IV qrupların imtahan nəticələri BU TARİXDƏ açıqlanacaq — RƏSMİ

I və IV qrupların imtahan nəticələri BU TARİXDƏ açıqlanacaq — RƏSMİ

TÜRKPA ABŞ Konqresindəki qanun layihəsini pislədi

TÜRKPA ABŞ Konqresindəki qanun layihəsini pislədi

Zelenski Trampla görüşəcək – Bu TARİXDƏ

Zelenski Trampla görüşəcək – Bu TARİXDƏ

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Bakı-Lənkəran reysində ÇƏTİN ANLAR – AYNA araşdırmalara başladı

Bakı-Lənkəran reysində ÇƏTİN ANLAR – AYNA araşdırmalara başladı

6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

Şəmkirdə bıçaqlanan 12 yaşlı qız həyatını itirib

Şəmkirdə bıçaqlanan 12 yaşlı qız həyatını itirib

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur - FOTO

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur - FOTO

Əməkdar artisti ilan sancdı - FOTO

Əməkdar artisti ilan sancdı - FOTO

Xaçmazda aptekin qarşısında meyit TAPILIB – ÖZƏL/FOTO

Xaçmazda aptekin qarşısında meyit TAPILIB – ÖZƏL/FOTO

Arıqlamağa kömək edə biləcək iki sadə VƏRDİŞ

Arıqlamağa kömək edə biləcək iki sadə VƏRDİŞ

“WhatsApp”a yeni funksiyalar ƏLAVƏ olundu

“WhatsApp”a yeni funksiyalar ƏLAVƏ olundu

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

Kürün yaratdığı möcüzə: Şəmkirin sirli kanyonlarına səyahət - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

End of content

No more pages to load

RADİO