Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı araşdırmanın ilkin nəticələri yaxın günlərdə açıqlanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.
O qeyd edib ki, bununla bağlı müxtəlif ölkələrin mütəxəssislərinin birgə işi yekun mərhələdədir.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Bizim.Media