Metro rəisinin işdən çıxarılmasının SƏBƏBİ - FOTO

Prezident İlham Əliyevin sərəncam ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov ötən ilin dekabr ayının 20-də işdən çıxarılıb. Digər sərəncamla Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni”nə sədr təyin edilib.

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, həmin vaxt iddialar vardı ki, işində yol verdiyi nöqsanlar, metropolitenin işini lazımi səviyyədə qura bilməməsi vəzifəsini itirməsinə səbəb olub.

Qeyd edək ki, o, bu vəzifəyə 27 fevral 2014-cü ildə təyin olunmuşdu.

Z.Hüseynov 10 ildən artıq müddətdə Bakı Metropoliteninə rəhbərlik etsə də, paytaxt sakinlərinin rahat və ucuz olduğu üçün ən çox istifadə etdiyi nəqliyyatın işində dönüş yarada bilmədi. Bir neçə yeni stansiyanın açılışını (onların tikintisinə əvvəlki rəhbərliyin vaxtında başlanmışdı) nəzərə almasaq, ötən 10 il ərzində metro təsərrüfatında ciddi yeniliklərin baş verdiyini söyləmək çətindir. Zaur Hüseynovla bağlı tənqidlər son vaxtlar artmışdı.

Hər gün pik saatlarda stansiyalarda yaşanan dəhşətli sıxlıqla bağlı fotolar, videolar sosial şəbəkələrdə və mediada yayılırdı.

Ən maraqlısı isə bundan sonra baş verdi.

Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb.

Bu barədə Palatadan xəbər verilir.

Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub.

Bundan başqa, layihələrin ilkin planlaşdırılması zamanı texniki-iqtisadi əsaslandırmalar aparılsa da, metro infrastrukturunun inkişafı üçün nəzərdə tutulan vəsaitin Dövlət İnvestisiya Proqramına ümumi adla daxil edilməsi icra prosesində həmin vəsaitin bir hissəsinin istismar xərclərinə yönəldilməsinə şərait yaradıb. Eyni zamanda smeta sənədlərində və müqavilələrdə aparılan dəyişikliklər layihələrin icrasını uzadıb. Audit zamanı layihə-smeta sənədlərinin ekspertizadan keçirilmədən 559,7 min manatlıq işlərin rəsmiləşdirildiyi, 712,9 min manat dəyərində işlərin isə tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilib.

Audit dövründə “Bakı Metropoliteni” 262 halda 868,6 min manat məbləğində birbaşa müqavilələr bağlayıb. Bu müqavilələr satınalma metodu tətbiq edilmədən həyata keçirilib, ehtimal dəyəri müəyyən edilməyib və rəqabət mühiti pozulub. Bununla yanaşı, tender komissiyasının fəaliyyətində boşluqlar aşkar edilib, uzunmüddətli debitor borc yaranıb və cərimələr tətbiq edilməyib.
 

Audit nəticəsində bəzi hallarda mövcud resursların real dəyərləndirilməsi aparılmadan ehtiyacların qiymətləndirildiyi üzə çıxıb. Bu, bir tərəfdən əlavə dövlət vəsaitinin istifadəsinə, digər tərəfdən isə aktivlərin uzun müddət istifadəsiz qalmasına gətirib çıxarıb.


QSC-nin maliyyə hesabatlarının tərtibi üçün bağlanmış müqavilələr üzrə öhdəliklər icra olunmayıb. Bu da maliyyə hesabatlılığında şəffaflığın tam təmin edilməməsinə, daxili nəzarət və uçot siyasətində çatışmazlıqlara səbəb olub.

Audit nəticəsində 13,6 min manatlıq debitor borcun uçota bərpa olunması, qanunsuz tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə uyğunlaşdırılması və digər nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumlara tövsiyələr verilib. Həmçinin, layihələrin başa çatdırılması üçün zəruri tədbirlərin görülməsi tələb edilib.

Palata tərəfindən aparılan yoxlama 2024-cü ilin may-iyun aylarında həyata keçirilib və ümumilikdə dövlət büdcəsindən ayrılan 240,1 milyon manat vəsait əhatə edilib.

Sözügedən illər ərzində “Bakı Metropoliteni” QSC-yə Zaur Hüseynov rəhbərlik edib. Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-də aşkarlanan pozuntularla bağlı bir sıra tövsiyələr verilib. Ancaq hələlik hüquq-mühafizə orqanlarına müraciət edilməyib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polşanın XİN rəhbəri Britaniyanın Aİ-yə qayıdacağına şübhə ilə yanaşdı - VİDEO

Polşanın XİN rəhbəri Britaniyanın Aİ-yə qayıdacağına şübhə ilə yanaşdı - VİDEO

Putin Hərbi Dəniz Donanması Günü ilə bağlı Sankt-Peterburqa gəldi - VİDEO

Putin Hərbi Dəniz Donanması Günü ilə bağlı Sankt-Peterburqa gəldi - VİDEO

Dostları ona yeni mənzil hədiyyə etdilər - VİDEO

Dostları ona yeni mənzil hədiyyə etdilər - VİDEO

Zelenski Rusiya ərazisində zərbələr üçün prioritet hədəfləri AÇIQLADI

Zelenski Rusiya ərazisində zərbələr üçün prioritet hədəfləri AÇIQLADI

Finlandiya Prezidenti: “Ukraynanın mövqeyi indi daha güclüdür”

Finlandiya Prezidenti: “Ukraynanın mövqeyi indi daha güclüdür”

İran Ukraynanı cavab zərbəsi ilə hədələdi

İran Ukraynanı cavab zərbəsi ilə hədələdi

Putin: “Kalininqradın təhlükəsizliyi Rusiyanın bütün imkanları ilə təmin olunacaq” - VİDEO

Putin: “Kalininqradın təhlükəsizliyi Rusiyanın bütün imkanları ilə təmin olunacaq” - VİDEO

Odessa yaxınlığında Qara dənizdə gəmi batdı - ANBAAN VİDEO

Odessa yaxınlığında Qara dənizdə gəmi batdı - ANBAAN VİDEO

Ukrayna kəşfiyyatı: “Ruslar Malidə döyüş meydanından qaçaraq müttəfiqlərini tək qoyublar” - FOTO

Ukrayna kəşfiyyatı: “Ruslar Malidə döyüş meydanından qaçaraq müttəfiqlərini tək qoyublar” - FOTO

Uolts: “Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir” - VİDEO

Uolts: “Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir” - VİDEO

Putin: “Gec-tez Ukrayna Stalinin hədiyyəsi olan qərb torpaqlarını itirəcək” - VİDEO

Putin: “Gec-tez Ukrayna Stalinin hədiyyəsi olan qərb torpaqlarını itirəcək” - VİDEO

Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoydu

Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoydu

“Soyuz MS-28” gəmisinin beynəlxalq ekipajı Yerə qayıtdı - FOTO

“Soyuz MS-28” gəmisinin beynəlxalq ekipajı Yerə qayıtdı - FOTO

Gürcüstanda avtobus aşdı, 14 nəfər xəsarət aldı

Gürcüstanda avtobus aşdı, 14 nəfər xəsarət aldı

Fırıldaqçılar abituriyentlərə universitetə qəbul və ödənişlə bağlı saxta məktublar göndərirlər

Fırıldaqçılar abituriyentlərə universitetə qəbul və ödənişlə bağlı saxta məktublar göndərirlər

Bakıda temperatur 3-4 dərəcə enəcək

Bakıda temperatur 3-4 dərəcə enəcək

Trampın köməkçisi sosial şəbəkələrdə lağa qoyuldu - VİDEO

Trampın köməkçisi sosial şəbəkələrdə lağa qoyuldu - VİDEO

Xerson vilayətinə kütləvi hücum: 2 ölü, 24 yaralı var

Xerson vilayətinə kütləvi hücum: 2 ölü, 24 yaralı var

Səbaildə torpaq sürüşməsinə görə bağlanan yolda təmir işləri niyə aparılmır? - VİDEO

Səbaildə torpaq sürüşməsinə görə bağlanan yolda təmir işləri niyə aparılmır? - VİDEO

Azərbaycanın gənc mühəndisləri Qarabağda öz layihələrini təqdim etdilər - FOTO

Azərbaycanın gənc mühəndisləri Qarabağda öz layihələrini təqdim etdilər - FOTO

Kai Trampın nənəsi İvana Trampa daha çox oxşarlığı hamını təəccübləndirdi - FOTO

Kai Trampın nənəsi İvana Trampa daha çox oxşarlığı hamını təəccübləndirdi - FOTO

FHN gözlənilən güclü küləklə bağlı əhaliyə müraciət etdi

FHN gözlənilən güclü küləklə bağlı əhaliyə müraciət etdi

CNN-in aparıcısı dövlət rəhbəri ilə münasibətdən niyə imtina edib?

CNN-in aparıcısı dövlət rəhbəri ilə münasibətdən niyə imtina edib?

Peskov: ABŞ-ın Ukrayna siyasətində ziddiyyətlər var

Peskov: ABŞ-ın Ukrayna siyasətində ziddiyyətlər var

End of content

No more pages to load

RADİO