Quba sakini dəm qazından həyatını itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Quba şəhərindəki fərdi yaşayış evlərinin birində qeydə alınıb. Şəhər sakini 26 yaşlı Zöhrab Müslüm oğlu Ramazanov sanitar qovşağa qoyulmuş su qızdırıcıdan içəri dolan dəm qazından boğularaq ölüb.
İlkin ehtimala görə,sakin dəm qazından zəhərlənib.
Faktı Quba rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu