Azərbaycanın xalq artisti - səhnəmizin "Gəray bəyi” Həsənağa Turabovun həyat yoldaşı Solmaz Turabova bu gün vəfat edib.
Bu barədə mərhumun qızı Sevinc Turabova Bizim.Media-ya məlumat verib.
Sevinc Turabovanın sözlərinə görə, anası Solmaz 85 yaşında dünyasını dəyişib:
“O, uzun illərdir insultdan əziyyət çəkirdi. O məni gözləyirdi, yeməyini yedirtdim. Dünən axşam saat 18.00-da üzümə baxa-baxa vəfat etdi”.
Mərhumun nəşi bu gün Qurd qapısı qəbiristanlığında oğlu Daşqının və həyat yoldaşı Həsənağa Turabovun yanında dəfn olunacaq.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu