Bakıda 45 dəqiqəyə gedilən 100 metrlik yol - VİDEO

Bakının Binəqədi rayonunda nəqliyyat infrastrukturunun nizamsızlığı sürücüləri ciddi narahat edir.

Bizim.Media xəbər verir ki, bununla bağlı oxu.az-a müraciət daxil olub.

Qeyd olunub ki, Süleyman Sani Axundov və Cəfər Xəndan küçələrinin kəsişməsində yolun həddən artıq dar olması və ətraf küçələrdən gələn avtomobillərin baş yolla hərəkət edən avtomobillərə yol verməməsi ərazidə xaotik vəziyyət yaradır.

"Günün pik saatlarında bu ərazidə avtomobillə hərəkət etmək, demək olar ki, mümkün olmur. Həmin saatlarda 100-200 metr ərazini qət edib dairəni dönmək üçün S.S.Axundov küçəsindən (Daxili Qoşunlar istiqamətindən - red.) gələn avtomobillər 40-45 dəqiqə gözləməli olurlar.
 

Məsələ ondan ibarətdir ki, S.S.Axundov küçəsi ilə hərəkət edən avtomobillər dairəyə daxil olan avtomobillərə yol verməlidirlər. Belə olan halda isə digər istiqamətdən, yəni 22-ci Dağlıq və Rövşən Hüseynov küçələrindən çıxan avtomobillər "Stop" nişanının tələbinə əməl etmədikləri üçün yolu kəsirlər. Ərazidə işıqfor olmadığı üçün hərəkət nizamsız hal alır. Üstəlik, yolda olan marketin qarşısındakı parkinq də, onsuz da, dar olan yoldakı vəziyyəti bir az da çətinləşdirir.


Nəticədə C.Xəndan istiqamətindən gəlib S.S.Axundov istiqamətinə dönmə etmək mümkünsüz olduğu üçün o hissə də keçilməz olur. Bəzən pik saatlarda ərazidə elə xaotik vəziyyət yaranır ki, orada xidmətdə olan yol polisləri də hərəkəti nizamlaya bilmirlər", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ərazidə sürücülər yol nişanlarının tələblərinə riayət etməlidirlər.

"AYNA əməkdaşları tərəfindən C.Xəndan, 22-ci Dağlıq və R.Hüseynov küçələrində təhlillər aparılıb. Monitorinq zamanı dairəvi yol qovşağının yolun həndəsi parametrlərinə uyğun olaraq təşkili və zəruri yol nişanları ilə nişanlanma xətlərinin mövcud olduğu müəyyən edilib.

Qeyd edək ki, sözügedən yol sahəsində əvvəlcədən aparılmış dəyişikliklər nəticəsində altı küçənin kəsişdiyi mürəkkəb yolayrıcında kəsişmənin həndəsi quruluşuna uyğun olaraq dairəvi hərəkət təşkil edilib. Yol qovşağında yaranan sıxlıq və mübahisəli vəziyyətlər nəqliyyat vasitələri sürücülərinin yol hərəkəti qaydalarına riayət etməməsi səbəbindən baş verir.

Dairəvi yol qovşağında fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə sürücülərin yol nişanlarının tələblərinə riayət etmələri zəruridir", - deyə qurumun məlumatında bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Brent” nefti UCUZLAŞDI

“Brent” nefti UCUZLAŞDI

Çempionlar Liqası: "Sabah" Finlandiyada vacib görüşə çıxır

Çempionlar Liqası: "Sabah" Finlandiyada vacib görüşə çıxır

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu – VİDEO

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu – VİDEO

Tramp Ağ Evdə Zelenski və Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək

Tramp Ağ Evdə Zelenski və Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək

Bu şəhər xəritədən tamamilə SİLİNDİ

Bu şəhər xəritədən tamamilə SİLİNDİ

“Apple” ilk ağıllı eynəklərinin təqdimatını niyə təxirə saldı? - SƏBƏB

“Apple” ilk ağıllı eynəklərinin təqdimatını niyə təxirə saldı? - SƏBƏB

"Depressiya yaşayıram, artıq toy qiymətimi qaldıracağam" - VİDEO

"Depressiya yaşayıram, artıq toy qiymətimi qaldıracağam" - VİDEO

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: Milyonlarla insan hələ də normal yata bilmir

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: Milyonlarla insan hələ də normal yata bilmir

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

End of content

No more pages to load

RADİO