Oxu atıb, yayı GİZLƏTMƏK – Rusiya günahını etiraf etmək yerinə, həqiqətə DÜŞMƏN OLMAĞI SEÇİR...

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib.

Bu barədə Rusiya XİN məlumat yayıb. Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib.

“Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə tirajlanan bir sıra yazılar, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub. Səslənən ittihamların tamamilə əsassız olduğu bildirilib.

Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb”, - məlumatda qeyd edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya mediasının aviaqəza ilə bağlı uydurma versiyalarına Qazaxıstandan CAVAB


Görünən odur ki, Rusiya AZAL-a məxus təyyarə qəzası ilə bağlı günahını etiraf etmək, öz mətbu orqanlarında hadisə ilə bağlı qərəzli və yalan məlumatlara son qoymaq əvəzinə, səfirimizi XİN-ə çağırıb Azərbaycan mediasını ittiham edir.

Rusiya niyə günahını etiraf etmək istəmir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Rusiyanın müvafiq dairələri həqiqəti dilə gətirməkdən çəkinməməlidir:

“Dövlətlərarası münasibətlər bərabərhüquqlu münasibətlərdir. Rusiya ilə Azərbaycan arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik birgə fəaliyyəti haqqında sazişdə də bərabərhüquqlu tərəfdaşlıq xüsusi olaraq qeyd olunur. Belə olan halda bərabərhüquqlu tərəfdaş olan qonşu ölkənin mediasında Azərbaycana qarşı informasiya manipulyasiyasının aparılması, xalqımızın diqqət mərkəzində olan təyyarə qəzası faciəsilə bağlı obyektiv gerçəkliyin təhrif olunması yolverilməzdir. Hətta Rusiya mediası bunu xüsusi kampaniyaya da çevirib”.

Deputat qeyd edir ki, belə olan halda Azərbaycan mediasının ona cavab verməməsi mümkün olan şey deyil:

“Bəzən siyasət qanunları ilə fizika qanunları üst-üstə düşür. Necə ki, fizikada təzyiq əks təzyiq yaradır, eləcə də siyasətdə təzyiq əks təzyiq yaradır. Rusiyada bu kampaniyanı aparanlar bilməli idilər ki, Azərbaycan mediası da ona cavab verəcək. Ona görə düşünürəm ki, Rusiya XİN-nə çağırılmış diplomatımızla danışıqlar zamanı qarşı tərəf təyyarə cinayəti ətrafında baş verən informasiya kampaniyasını yığışdıracağı ilə bağlı fikirlərini bildirsəydi, daha yaxşı olardı. O zaman şübhəsiz ki, Azərbaycan mediasında da məsələ öz-özlüyündə gündəmdən çıxacaqdı”.

Niyə hadisələrə Rusiya eynəyindən baxmalıyıq?

Deputat bildirir ki, müstəqil Azərbaycan mediası hadisələrə rusların eynəyindən baxmaq niyyətində deyil:

“İkinci bir tərəfdən, media müstəqil institutdur. Azərbaycanda müstəqil media var və onlar nəyi necə görürsə, o cür də ifadə edir. Deməli, Azərbaycan mediası Rusiya ərazisində vurulan təyyarəmizin faciəvi qəzasını başqa formada görür və ona rusların eynəyindən baxmaq niyyətində deyil. Belə olan halda səbəbi araşdırmaq lazımdır ki, nəyə görə rus eynəyindən Azərbaycan təyyarəsinin vurulması və faciəvi şəkildə qəzaya uğraması başqa cür görünür. Ən doğru cavab məhz onda tapılar. Rusiyanın bu işlərlə məşğul olan müvafiq dairələri həqiqəti dilə gətirməkdən çəkinməməlidirlər”. 

Azərbaycan nə etmişdi?

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi üzrə Rusiyada aparılan istintaqın təyyarənin “Pantsir S-1” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu təsdiqləməsi haqda məlumatlar artıq mətbuatda dərc olunub. Ona görə də Rusiya tərəfinin hazırki mövqeyi utancvericidir.

Halbuki Azərbaycan Rusiyaya qarşı münasibətdə heç vaxt belə davranmayıb. Hətta 2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan hərbi helikopterlə bağlı vəziyyətdə belə.

Yada salaq ki, həmin helikopter gecə saatlarında alçaq hündürlükdə transponderlər söndürülərək sərhədin Naxçıvan hissəsinə qədər irəliləyən erməni kolonunu müşayiət edib. Lakin Azərbaycan onun hərbi hədəf olduğunu iddia etmək yerinə, üzr istəyib, kompensasiya ödədi.

2023-cü il sentyabrın 23-də antiterror tədbirləri zamanı Rusiya sülhməramlılarının bir qrupu bütün xəbərdarlıqlara rəğmən əməliyyat zonasına daxil oldu. Döyüş şəraitində koordinasiya olunmayan istənilən avtomobil avtomatik olaraq hədəfə çevrilir və təəssüf ki, bu zabitlər atəşə tutulub. Vəziyyətin faciəvi olmasına baxmayaraq, Azərbaycan tərəfi baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb, üzr istəyib və günahkarları məsuliyyətə cəlb edib.

İndi də Rusiya öz üzərinə düşən vəzifəni, yəni haqlı tələblərimizi yerinə yetirməlidir.

Ölkəmizin tələblərini isə Prezident İlham Əliyev dekabrın 29-da “Azərbaycan Televiziyası”na müsahibəsində açıq şəkildə ifadə edib:

“Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mərasimə 3,3 milyon dollarlıq saatla qatıldı – FOTO

Mərasimə 3,3 milyon dollarlıq saatla qatıldı – FOTO

Bakıda məktəbdə 7 şagird qoğaldan ZƏHƏRLƏNİB - Direktor cəzalandırıldı - FOTO

Bakıda məktəbdə 7 şagird qoğaldan ZƏHƏRLƏNİB - Direktor cəzalandırıldı - FOTO

Aygün Kazımovanın səhhəti necədir? - ÖZƏL

Aygün Kazımovanın səhhəti necədir? - ÖZƏL

“Oskar” süni intellektlə bağlı qaydaları sərtləşdirdi

“Oskar” süni intellektlə bağlı qaydaları sərtləşdirdi

Naxçıvanda rəfiqələr 8 minə görə 75 yaşlı qadını öldürdülər - Meyiti təlim iti tapıb - FOTO

Naxçıvanda rəfiqələr 8 minə görə 75 yaşlı qadını öldürdülər - Meyiti təlim iti tapıb - FOTO

Pentaqon rəhbəri İrana XƏBƏRDARLIQ ETDİ

Pentaqon rəhbəri İrana XƏBƏRDARLIQ ETDİ

Prezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək

Prezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək

Met Gala öncəsi qalmaqal: Bezosa bu üsulla etiraz etdilər

Met Gala öncəsi qalmaqal: Bezosa bu üsulla etiraz etdilər

Sumqayıt Dövlət Universitetinin yeni rektoru Nurəli Yusifbəyli kimdir? – DOSYE

Sumqayıt Dövlət Universitetinin yeni rektoru Nurəli Yusifbəyli kimdir? – DOSYE

Qəbiristanlıqda tərk edilən 2 yaşlı uşaqla bağlı YENİ XƏBƏR – Atası...

Qəbiristanlıqda tərk edilən 2 yaşlı uşaqla bağlı YENİ XƏBƏR – Atası...

Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru TƏYİN EDİLDİ

Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru TƏYİN EDİLDİ

Avropa liderlərinin Ermənistana səfəri fonunda İrəvanda atışma oldu – ÖLƏN VAR

Avropa liderlərinin Ermənistana səfəri fonunda İrəvanda atışma oldu – ÖLƏN VAR

"WhatsApp"ın sevimli özəlliyi LƏĞV OLUNUR

"WhatsApp"ın sevimli özəlliyi LƏĞV OLUNUR

Uşaqların sevimli içkisində TƏHLÜKƏ - Valideynlərin DİQQƏTİNƏ!

Uşaqların sevimli içkisində TƏHLÜKƏ - Valideynlərin DİQQƏTİNƏ!

Ötən oyunda zədələnən Puxaçın SON DURUMU

Ötən oyunda zədələnən Puxaçın SON DURUMU

Lerikdə ƏMƏLİYYAT: Tutulanlar arasında qadın da var – VİDEO

Lerikdə ƏMƏLİYYAT: Tutulanlar arasında qadın da var – VİDEO

Obama: “Trampın qayıdışı ailəmdə gərginlik yaradır”

Obama: “Trampın qayıdışı ailəmdə gərginlik yaradır”

Mark Zukerberq xanımı ilə ilk dəfə Met Gala-da göründü – FOTO

Mark Zukerberq xanımı ilə ilk dəfə Met Gala-da göründü – FOTO

İranda şübhəli partlayışlar - Nə baş verir?

İranda şübhəli partlayışlar - Nə baş verir?

Ağ Ev Trampı “Mandaloriyalı” obrazında təqdim etdi - FOTO

Ağ Ev Trampı “Mandaloriyalı” obrazında təqdim etdi - FOTO

“McDonald’s Azərbaycan” dünya çempionu olan gənc karateçini dəstəklədi - FOTO

“McDonald’s Azərbaycan” dünya çempionu olan gənc karateçini dəstəklədi - FOTO

İsrail ordusu HƏMAS-ın komandirini məhv etdi – VİDEO

İsrail ordusu HƏMAS-ın komandirini məhv etdi – VİDEO

Bakıda market, ev və avtomobillərdən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

Bakıda market, ev və avtomobillərdən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?

Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?

End of content

No more pages to load

RADİO