Azərbaycan mehmanxanalarında gecələmələrin sayı ARTDI

Ötən il mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illə müqayisədə 25,1 faiz artaraq 4282,8 min olub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin ümumi sayının 60,9 faizi Bakıda, 4,6 faizi Xaçmazda, 4,5 faizi Naftalanda, 4,5 faizi Qusarda, 4,2 faizi Qəbələdə, 4,0 faizi Qubada, 3,6 faizi Şabranda, 2,5 faizi Lənkəranda, 1,2 faizi Şamaxıda, 1,1 faizi Masallıda, 1,0 faizi Qaxda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 6,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü illə müqayisədə 26,0 faiz artaraq 2348,0 min olub ki, bu da ümumi gecələmələrin 54,8 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,6 faizi Hindistan, 13,1 faizi Rusiya Federasiyası, 7,8 faizi Səudiyyə Ərəbistanı, 7,3 faizi Türkiyə, 5,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,8 faizi ABŞ, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,6 faizi Pakistan, 2,4 faizi Böyük Britaniya, 2,4 faizi İsrail, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,4 faizi Almaniya, 1,0 faizi İtaliya,1,0 faizi Gürcüstan, 21,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,4 faizi Bakıda, 4,6 faizi Qusarda, 4,4 faizi Qəbələdə, 3,9 faizi Naftalanda, 3,2 faizi Qubada, 0,6 faizi Şabranda, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.


Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü illə müqayisədə 24,2 faiz artaraq 1934,8 min olub ki, bu da ümumi gecələmələrin 45,2 faizini təşkil edir.

2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü illə müqayisədə 42,0 faiz artaraq 694,2 milyon manat olub ki, onun da 65,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,5 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24,0 faiz olub (2023-cü ildə 20,1 faiz). Bu göstərici Şabranda 62,9 faiz, Naftalanda 46,1 faiz, Bakıda 39,3 faiz, Qusarda 27,0 faiz, Sabirabadda 23,7 faiz, Qəbələdə 23,5 faiz, Qubada 22,2 faiz, Ağstafada 19,2 faiz, Ağcabədidə 17,6 faiz, Beyləqanda 17,5 faiz, Şamaxıda 17,4 faiz, Lənkəranda 17,3 faiz, digər şəhər və rayonlarda isə 17,3 faizdən aşağıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

Bakıya gələn erməni idmançıların FOTOSU

Bakıya gələn erməni idmançıların FOTOSU

Dmitri Qordon: Dünyada heç bir ölkə Putinə “al, sənə pul veririk” deməyəcək - VİDEO

Dmitri Qordon: Dünyada heç bir ölkə Putinə “al, sənə pul veririk” deməyəcək - VİDEO

Malta Prezidenti Reza Deqatinin Xocalı soyqırımı ilə bağlı fotosərgisini ziyarət etdi - FOTO

Malta Prezidenti Reza Deqatinin Xocalı soyqırımı ilə bağlı fotosərgisini ziyarət etdi - FOTO

Taylandda bacı-qardaş gecə saatlarında müəmmalı şəkildə yoxa çıxdı - FOTO

Taylandda bacı-qardaş gecə saatlarında müəmmalı şəkildə yoxa çıxdı - FOTO

Zelenski: Rusiya adi mülki obyektləri “məğlub edir” - VİDEO

Zelenski: Rusiya adi mülki obyektləri “məğlub edir” - VİDEO

Netanyahu: “Nyu-Yorka gələcəyəm, heç nədən narahat deyiləm” - VİDEO

Netanyahu: “Nyu-Yorka gələcəyəm, heç nədən narahat deyiləm” - VİDEO

Norris "Formula-1" Macarıstan Qran-prisinin qalibi oldu

Norris "Formula-1" Macarıstan Qran-prisinin qalibi oldu

Putindən bloqerlərlə bağlı AÇIQLAMA - VİDEO

Putindən bloqerlərlə bağlı AÇIQLAMA - VİDEO

End of content

No more pages to load

RADİO