"Oleq Bakinski" və Ukraynanın sabiq nazir müavinin məhkəməsində 6 milyon manatlıq MÜLKİ İDDİA

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Konstantin Kuçer Ukrayna dili üzrə tərcüməçi ilə təmin edilib.

Daha sonra zərərçəkmişlər tərəfindən məhkəməyə mülki iddia təqdim edilib. Valeriy Zaxarenkovun vəkili dəymiş mənəvi zərərin qarşılığı olaraq hər iki təqsirləndirilən şəxsdən ümumi olaraq 50 min manat pul istəyib.

"Promyshlennye Postavki Kazakhstan" MMC şirkəti 5 milyon 184 min manat, "Aviazapchast" ASC şirkəti isə 1 milyon manat mülki iddia qaldırıb və məbləği Konstantin Kuçerdən tələb ediblər. 

Təqsirləndirilən şəxslərin vəkilləri vəsatəti əsassız hesab edərək etiraz edib. Məhkəmə hər üç mülki iddianı icraata qəbul edərək araşdırlacağını bildirib.

Prokuror ittiham aktını səsləndirib. Məlum olub ki, Konstantin Kuçer "Aviazapchast"ASC şirkətindən Valeriy Zaxarenkovun etibarından sui-istifadə edərək ona Ukraynaya yardım etmək üçün gəmilərin xaricə satışını təmin edəcək. O, Bakı şəhər Xətai rayonunda yerləşən Global Force şirkəti vasitəsi ilə həmin gəmiləri Ukraynadan Hindistandakı şirkətlərə yönləndirəcək.

K.Kuçer Valeriy Zaxarenkovu aldadaraq həmin şirkətdən ləğv prosesində olan "Günay Bank"-dakı hesabına 749 min manat və "BankFTB"-dəki hesabına 683 min manat köçürülməsini təmin edərək, ümumilikdə 1 milyon 515 min manat ziyan vurub. Daha sonra həmin məbləği öz Avropa və Asiyadakı şirkətlərinə köçürərək mənimsəyib.

Verdiyi vədə isə əməl etməyib.
 

Oxşar vədlərlə "Promyshlennye Postavki Kazakhstan" MMC şirkətinə də yenə Valeriy Zaxarenkovun etibarından sui-istifadə edərək dələduzluq edib və ümumilikdə həmin şirkətə 5 milyon 114 min manat ziyan vurub. Konstantin Kuçer daha sonra Oleq Bakinski ilə birgə Valeriy Zaxarenkovun şirkətində ictimai asayişi pozub və özünə də yüngül zərər vurub. Konstantin Kuçerə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 223-cü maddələri ilə ittiham irəli sürülüb.


Oleq Bakinski isə heç bir əlaqəsi olmadığı müqaviləyə görə Valeriy Zaxarenkovu təhqir edib. Onu şüşə qabla vuraraq qolunu sındırıb. Eyni zamanda alnı da cızılıb. Daha sonra Oleq Bakinski Konstantin Kuçer və bir neçə digər şəxslə birliktə Valeriy Zaxarenkova bıçaq göstərərək onu hədələyib. Oleq Bakinskiyə 127.2.3 cü maddə ilə ittiham irəli sürülüb.

Konstantin özünü heç bir halda təqsirli bilməyib. Ona təqsirli bilindiyi halda 10 ildən 14 ilədək cəza təyin oluna biləcəyi barədə xəbərdarlıq edilib.

Oleq Krapivin də özünü təqsirli bilməyib. Ona isə təqsirli bilindiyi halda 5 ilədək azadlıq məhrum etmə və ya azadlığın məhdudlaşdırması cəzasının təyin edilə biləcəyi barədə xəbərdarlıq edilib. Prosesdə öncə təqsirləndirilən, sonra zərərçəkənlərin və şahidlərin dindirilməsinə başlanacaq. Konstantin Kuçer ifadəsində bildirib ki, onun şikayət olunmasına əsas səbəb zərərçəkənin mallarının Rusiyaya göndərilməsinə şübhələnməsi olub. Lakin mallar Qazaxıstana göndəriləcəyi nəzərdə tutulub. Bütün problem müharibənin başlaması ilə əlaqədar olub.

"Zaxarenko ilə onun ofisində söhbət etdik. Bu zaman Zaxarenko vəsaitlərlə bağlı tələblərə başlayıb.

Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan Günay bankadır. 5-6 dəqiqədən sonra Oleq Karpvin gəldi. Mən soruşdum digər qonaqlar hardadır. Zryanenko gəldi və onlar dedilər ki, axşam Bakıdan uçurlar. Biz çay içdik, normal söhbət etdik. Oleq Krapivin dedi ki, istədiyiniz vaxt gəlin, zəng edin. Hətta Moskvaya qayıtdıqdan sonra onlar Oleq Krapivinə zəng edib qonaqpərvərlikləri barədə təşəkkür ediblər.

Mənə çox qəribə gəldi ki, bu görüşü vasitəçi vasitəsilə niyə təşkil ediblər. İyulun 31-də polis əməkdaşları gəldi ki, onları general göndərib, getməliyik. Mən də vəkilimə zəng edərək heç bir problem yaratmadan Bakı Şəhər Baş Polisi İdarəsinə getdim. Orada müstəntiq Mahmud Quliyev bildirdi ki, mənə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlayıb, şikayət ərizəsi daxil olub Zaxarenko tərəfindən. Mən ərizəni göstərməyini istədim, ancaq müstəntiq vermədi.
 

Bu günə kimi də mən həmin ərizə ilə tanış olmamışam. Xuliqanlıqla bağlı dindirilən zaman Zaxarenko dələduzluq əməli ilə bağlı şikayət etməmişdi və mənim adım heç bir şikayət ərizəsində qeyd olunmayıb.


3 aydır mən etmədiyim əmələ görə həbsdə yatıram. Hansı əsasla mən şübhəli şəxs qismində cəlb olunmuşam. Mən Bakıda yaşayırdım, mənim heç bir dələduzluq əməli törətmək fikrim olmayıb. Mən dələduz olsaydım həmin vəsaitləri başqa hesablara köçürdərdim. Mən həmçinin onları Günay Bankın rəhbəri Mahmud Məmmədovla görüşdürmək istədim. Ancaq həmin şəxslər dedi ki, biz Kuçerlə danışmışıq.

Hətta Mahmud Məmmədov həmin pulun qarşılığında daşınmaz əmlak təklif elədi, ancaq həmin əmlak borcun ancaq 30 faizini təşkil edirdi. Mən həmin əmlakı daha baha qiymətə almağa razı idim ki, insanların pulunu qaytarım. Bankın mənə 8 milyon borcu var idi, mən razı idim ki, o mənə 6 milyon qaytarsın. Ancaq Mahmud Məmmədov razılaşmadı". 

Sonra Oleq Krapivin ifadə verib:

"Mən səhərdən baxıram 1 milyon belə getdi, 2 milyon belə gəldi. Zərərçəkmiş şəxs deyir mən onu butulka ilə vurmuşam. Hanı əl izləri, qan izləri, hanı butulka. Bəlkə mən onu tapança ilə vurmuşam. Mən o tərəfdən gəlmişəm, Kuçer tərəfdən yox. Mən heç bilmirdim bunlar bir-birini tanıyırlar. Öpüşdülər qardaş kimi. Qalxdıq ofisə, orada Kuçer dedi ki, pul məndə deyil, bankdadır. Orada üstümə söyüş söyüb gəldi, o zaman ayağı ilişib yıxıldı. Mən gətirdilər ki, üstümdə onun qan izi var. Niyə Zaryanov onlar çıxıb gedəndən sonra qaldı bizim yanımızda.

Əgər döyülüblərsə o niyə qalırdı. İnanın mən onları görsəm yenə tanımaram. 6 aydır, bağlayıblar, otur orda, qurbağa deyiləm ki. Onların saydığı xuliqanlığa görə mən cəzamı çəkmişəm. Mənim 66 yaşım var, mənim idmançı tələbələrim var. Mən dövlətin yanında olan adamam. 5 ildir Azərbaycan diasporunun rəhbəriyəm".

Növbəti proses fevralın 7-nə təyin edilib.

Qeyd edək ki, Oleq Bakinski ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfinfən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə Oleq Bakinski ilə yanaşı 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

End of content

No more pages to load

RADİO