Rəna Soltanovanın klinikasında YOXLAMA: Nazirliyin əməkdaşları HƏDƏLƏNDİ

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən “Laser Beauty Estetik Klinikası” MMC–yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib. 

Bizim.Media xəbər verir ki, yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb. 
 

Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib həmçinin, “temperatur qeydiyyat vərəqəsi” də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin “radioloji-gigiyenik pasport sənədi” yoxlamaya təqdim olunmayıb. 


Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub. 

Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb. 

Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub. 

Xüsusi ilə qeyd edək ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalar şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib. Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər. 

Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib.

Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

End of content

No more pages to load

RADİO