Azərbaycan qadınını kim bu günə salıb? - FOTO

Son vaxtlar TikTok sosial şəbəkəsinin Azərbaycan seqmentində qadın bədəninin vulqar formada təqdim edilməsi və istismarı diqqət çəkir. 

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, reklam olunan məhsullarına müştəri cəlb etmək istəyən sahibkarlar bu kimi videolarda qadın bədənindən istifadə edir, xanımlar isə pul qazanmaq məqsədilə ya könüllü, ya da çarəsiz formada bu trendə qoşulurlar.

Nəticədə isə həmin paylaşımlara çoxlu şərhlər yazılır, baxış sayı artır, sahibkarlar məqsədinə çatır, təhqir edilən isə qadınlar olur...

Həmin reklamlar əsasən kiçik ticarət obyektlərinin məhsullarının satışı məqsədilə həyata keçirilsə də, nədənsə bir qayda olaraq kortəbii estetik əməliyyatlar etdirmiş, vulqar geyimli qadınların təqdimatı ilə aparılır. Paytaxtla yanaşı bir çox rayonumuzun da bu tendesiyaya qoşulması artıq adi hal alıb. Həddindən artıq böyüdülmüş ombalar, şişirdilmiş dodaqlar, qeyri-təbii üz ifadələrini üzərində daşıyan həmin qadınlara demək olar ki, hər yerdə rast gəlmək mümkündür. Bəzi işbazlar bu həvəsdən ilhamlanaraq sadaladığımız “keyfiyyətləri” özündə daşıyan qadınların maskotlarını da hazırlayıb onları el məclislərinə, uşaq ad günlərinə göndərirlər.



Müşahidələr göstərir ki, bir çox ticarətçilər satıcı və kassirləri xanımlar arasından seçməyə üstünlük verir. Sonradan həmin obyektləri, məhsullarını reklam edən qadınların bədən dili və danışıq tərzi, eləcə də etdirdikləri estetik əməliyyatların keyfiyyəti insanlarda narahatlıq və ikrah doğurur.

Bəzi hallarda insan alverinin predmeti ola biləcək bu kimi hallarla necə mübarizə aparılmalıdır? Cəmiyyət və dövlət qurumlarının üzərinə hansı vəzifələr düşür?

Görünən odur ki, proses nəzarətsizliyin və qeyri-ciddiliyin nəticəsində baş verir. Çoxumuzun bu kimi insanlara xoş münasibəti olmasa da, həmin səhifələrdə baxış sayının kəskin artmasına gətirib çıxaran da bizik. Sözügedən şəxslərin üzərində eqolarını, natamamlıq komplekslərini sağaltmağa çalışanlar da var...

Bu yolla onminlərlə izləyicisinin olduğunu görən həmin obyektlər və “reklam simaları” daha da həvəslənir və irəli gedir. Beləliklə yersiz cəsarət artır, vulqarlıq ürəkbulanma səviyyəsinə yüksəlir.



Apardığımız kiçik araşdırma da dövlət qurumlarının sosial şəbəkələrdəki, xüsusilə TikTok-dakı bu reklamların tənzimlənmədiyini, qadınların imicini zədələyən bu hallara qarşı heç bir sosial-ictimai tədbirlərin görülmədiyini göstərir. Aradabir ciddi sosial şəbəkə səhifələrində, xüsusilə feysbukda səsləndirilən tənqidi fikirlər isə dəstək toplaya bilmir və ya təsir gücünə malik olmur.

Bildiyimiz kimi, Azərbaycan Dövlət Reklam Agentliyi sosial şəbəkələrdəki reklamlara qarışmır. Qanunvericilik buna imkan vermir. Agentlikdən də bildirildi ki, onlar yalnız açıq məkandakı reklamlara nəzarət edirlər. Sosial şəbəkələrdəki reklamlara nəzarət səlahiyyətinin olmadığını deyən ADRA rəsmisi internet resursları üzərində yayımlanan reklamlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nəzarət etdiyini dedi.

RİNN-dən isə sorğumuza cavab olaraq bildirildi ki, bu məsələ onların deyil, nazirliyin tabeliyindəki Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin səlahiyyətinə aiddir.

Maraqlıdır ki, RİNN-in tabeliyindəki Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də TikTok məsələlərinə qarışmadığını bildirdi. Qurumdan sorğumuza cavab olaraq deyildi ki, TikTok sosial şəbəkəsində milli mənəviyyatımıza zidd olan, bəzi hallarda qanunvericiliyin tələblərini pozan və heç bir vergiyə cəlb edilməyən reklam süjetlərinə nəzarət onların da fəaliyyət istiqamətləri xaricindədir.



Məlum olur ki, əslində xeyli faydalı məzmun təklif edən TikTok-un Azərbaycan seqmentində özbaşınalığa münbit şərait yaranıb. Bir neçə həftə əvvəl Daxili İşlər Nazirliyinin bu sosial şəbəkə vasitəsilə əxlaqsızlığı təbliğ edən tiktokerlərə qarşı həyata keçirdiyi əməliyyatlar sırf cinayət tərkibli əməllərlə bağlıdır. Polis harada olmasından asılı olmayaraq, cinayət və inzibati xəta tərkibli bütün əməllərə müdaxilə edir və lazımi tədbirlər görür.

Bəs Azərbaycan qadınını vulqar görkəmdə nümayiş etdirən, mənəviyyatdan kənar reklam çarxlarına qarşı kim mübarizə aparmalıdır? Bunlara da polis reaksiya verməlidir?

Əlbəttə, bu məsələdə cəmiyyətin bütün kəsimlərinin üzərinə məsuliyyət düşür. Ziyalısından tutmuş adi vətəndaşadək hər kəs xanımlarımızı bu iyrənc girdaba salan reklamları qınamalıdır. Amma o da bilinir ki, məhz belə yüngül videolar Azərbaycanda da bütün dünyada olduğu kimi çox izlənir. Son vaxtlar artan keyfiyyətsiz estetik əməliyyatlar da, qeyri-təbii formada yaradılmış gözəllik meyarları da haradasa bunun məhsuludur. Nəticədə qadınlar öz təbii ifadəsini və imicini itirməklə daha çox itirir.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lerikdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Lerikdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Ahbap qalmaqalı böyüyür – Funda Ararın sözləri gündəm oldu

Ahbap qalmaqalı böyüyür – Funda Ararın sözləri gündəm oldu

Kondisioner görün hansı xəstəliklərə səbəb olur – Gizli təhlükəsi ilə bağlı həkimdən XƏBƏRDARLIQ

Kondisioner görün hansı xəstəliklərə səbəb olur – Gizli təhlükəsi ilə bağlı həkimdən XƏBƏRDARLIQ

MEDİA-dan İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı BƏYANAT

MEDİA-dan İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı BƏYANAT

Hövsanda FACİƏ: Dənizdə 4 nəfər batdı - 3 bacıdan biri həyatını itirdi

Hövsanda FACİƏ: Dənizdə 4 nəfər batdı - 3 bacıdan biri həyatını itirdi

Günəşdə güclü partlayış baş verdi

Günəşdə güclü partlayış baş verdi

Taksidə sərnişinə əxlaqsız təklif edən sürücü saxlanıldı – VİDEO

Taksidə sərnişinə əxlaqsız təklif edən sürücü saxlanıldı – VİDEO

Geri çağırılan baş konsul əvvəllər jurnalist olub – FOTO

Geri çağırılan baş konsul əvvəllər jurnalist olub – FOTO

İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb

İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb

Məşhur aktyorun üzü supermarketlərdə “satışa çıxarıldı” – FOTO

Məşhur aktyorun üzü supermarketlərdə “satışa çıxarıldı” – FOTO

Hamı onu dəli hesab edirdi - 36 ildə mümkünsüzü bacardı

Hamı onu dəli hesab edirdi - 36 ildə mümkünsüzü bacardı

Məşhur müğənni: "Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik"

Məşhur müğənni: "Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik"

Bakıdakı küləkli havada təhlükəli anlar- VİDEO

Bakıdakı küləkli havada təhlükəli anlar- VİDEO

ABŞ-da QALMAQAL: Evdən işləyənlərdən daha yüksək kirayə haqqı tələb edildi - FOTO

ABŞ-da QALMAQAL: Evdən işləyənlərdən daha yüksək kirayə haqqı tələb edildi - FOTO

Azərbaycan I yarımildə Rumıniyaya nə qədər neft ixrac edib?

Azərbaycan I yarımildə Rumıniyaya nə qədər neft ixrac edib?

Azərbaycanın Özbəkistandakı yeni səfiri etimadnaməsinin surətini təqdim etdi – FOTO

Azərbaycanın Özbəkistandakı yeni səfiri etimadnaməsinin surətini təqdim etdi – FOTO

İran İraqda kürd döyüşçülərinə ZƏRBƏ ENDİRDİ - VİDEO

İran İraqda kürd döyüşçülərinə ZƏRBƏ ENDİRDİ - VİDEO

3 yunan-Roma güləşçimiz Bakıdakı dünya çempionatının yarımfinalına yüksəldi - VİDEO

3 yunan-Roma güləşçimiz Bakıdakı dünya çempionatının yarımfinalına yüksəldi - VİDEO

Xaçmazda yeni körpü istifadəyə verildi – FOTO

Xaçmazda yeni körpü istifadəyə verildi – FOTO

Ukraynada Rusiyanın planlaşdırdığı kütləvi terrorun qarşısı alındı – VİDEO

Ukraynada Rusiyanın planlaşdırdığı kütləvi terrorun qarşısı alındı – VİDEO

İş axtaranlara ŞAD XƏBƏR – Türkiyədə rəsmi baxıcı işinə qəbul başladı

İş axtaranlara ŞAD XƏBƏR – Türkiyədə rəsmi baxıcı işinə qəbul başladı

Qayınatası Müctəba Xameneinin səhhəti ilə bağlı AÇIQLAMA VERDİ

Qayınatası Müctəba Xameneinin səhhəti ilə bağlı AÇIQLAMA VERDİ

Polşanın müdafiə naziri: Ukrayna bu bayraqla Avropa İttifaqına daxil ola bilməz

Polşanın müdafiə naziri: Ukrayna bu bayraqla Avropa İttifaqına daxil ola bilməz

Sem Altmandan süni intellektin əhəmiyyəti ilə bağlı AÇIQLAMA

Sem Altmandan süni intellektin əhəmiyyəti ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO