"Yaxın gələcəkdə imtahanlar rəqəmsal formada keçiriləcək".
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzinin (RCEC) sertifikatı ilə təltifedilmə mərasimində çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, yerli ekspertlərlə sosial sorğu keçirib müzakirələr aparmaqla imtahanlar, qiymətləndirilmə haqqında onların da fikirlərini nəzərə alacağıq: "Biz yeni qiymətləndirilmə sisteminə keçməliyik".
Bizim.Media