Boşanma və aliment məsələləri ilə bağlı QAYDALAR DƏYİŞDİ

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edilib.

Bu barədə Bizim.Media-ya Ali Məhkəmədən məlumat verilib.

Sözügedən dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib.

Onun sözlərinə görə, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.

S.Hacıyev Plenum qərarında əks etdirilən dəyişiklikləri açıqlayıb:

Artıq uşaqla ünsiyyət hüququ məsələsi nikahın pozulması ilə bərabər öz həllini tapa biləcək.

Uşaqla ünsiyyətə dair mübahisələr yarandıqda uşaqdan ayrı yaşayan valideyn bu barədə tələblə ayrıca iddia qaldırmaq məcburiyyətində qalmayacaq, nikahın pozulmasına dair işlərə baxılarkən iddia irəli sürmək imkanı olacaq. Bu məsələnin boşanma ilə eyni anda həllini tapması, uşaqların hüquqlarının qorunmasına, valideynləri ilə vaxtında ünsiyyət qurmalarına xidmət edəcək.
 

Həmçinin, məhkəmələr mübahisə predmeti olaraq valideynin uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, müddəti, yeri və digər üsul və qaydasının dəyişdirilməsi üçün valideynlər artıq yeni iddia qaldırmaq məcburiyyətində qalmayacaq, bu barədə ərizə təqdim edəcək və həmin ərizəyə MPM-in 231-ci maddəsinə əsasən 10 iş günü müddətində baxılacaq. Beləliklə, bu mübahisələrə baxılarkən əvvəlki təcrübədə müəyyən edilmiş hər üç instansiya məhkəmələrini əhatə edən, uzun müddətli məhkəmə çəkişmələrinə yol verilməyəcək, valideynlər lüzumsuz vaxt itkisi, mediasiya və məhkəmə xərclərindən azad ediləcəklər.


Əvvəlki təcrübədən fərqli olaraq icra məmurları uşaqla ünsiyyətə dair qanuni qüvvəyə minmiş qətnamələrin icrasından azad olacaqlar və valideynlər özləri qətnaməni qarşılıqlı surətdə könüllü icra etməli olacaqlar. Belə ki, qəbul edilmiş qətnamə ilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməsi valideynin öhdəliyi kimi müəyyən ediləcək. Bu qaydanın tətbiqi ünsiyyətin normal, davamlı və səmərəli təşkilinə xidmət edəcək. Valideynlərin öz öhdəliklərini könüllü icra etməmələri onlar barəsində məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnəcək.

Bundan başqa, yeni qaydalar uşaqdan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsinə imkan yaradacaq.
 

Sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, əmək haqqının müəyyən misli həddində göstəriləcək. Bu qayda alimentin məbləğinin minimum əmək haqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək və vətəndaşlar artıq yaşayış minimumu xərclərinin yüksəlməsi əsası ilə davamlı olaraq alimentin artırılmasına dair iddia qaldırmaq məcburiyyətindən azad olacaqlar. Belə ki, tutulmuş aliment artırılmış minimum əmək haqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq. Bu qayda uşaqların üstün mənafeyinin qorunmasına xidmət edəcək, alimentin artırılması ilə bağlı lüzumsuz davamlı məhkəmə çəkişmələrinin aradan qalxmasına yol açaraq indeksasiyanın dərhal reallaşması imkanını yaradacaq. Qətnamə ilə tutulmuş aliment konkret rəqəmlə ifadə edilmədiyi halda isə, maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ öz həllini tapacaq.


Bundan başqa, alimentin artırılmasına dair mübahisələr üzrə qəbul edilmiş qətnamələrdə artırılmış alimentin tutulmasına başlanması artıq əvvəlki kimi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən deyil, bu barədə ərizənin məhkəməyə verildiyi tarixdən hesablanacaq. Bu hal cavabdeh tərəfin artırılmış həddə alimentin tutulması vaxtını uzatmağa yönələn davranışlarının qarşısını almaqla yanaşı uşaqların vaxtında zəruri maddi təminat alması hüququnu təmin edəcək.

Uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə də müstəqil iddianın qaldırılması yolu ilə deyil, daha sadə və qısa prosedur olan, qətnamənin icra qaydasında ərizənin verilməsi yolu ilə öz həllini tapa biləcək.

Qeyd edək ki, sözügedən Plenum qərarının tam mətni ilə Ali Məhkəmənin rəsmi saytında tanış ola bilərsiniz.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Renat Dadaşov Türkiyəyə QAYIDIR

Renat Dadaşov Türkiyəyə QAYIDIR

Mərkəzi Bankın sədrindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

Mərkəzi Bankın sədrindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürüldü

Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürüldü

Ədalət Şükürov xanımı, oğlu və gəlini ilə - VİDEO

Ədalət Şükürov xanımı, oğlu və gəlini ilə - VİDEO

Mövlud Çavuşoğlunun qardaşı güllələndi – FOTO

Mövlud Çavuşoğlunun qardaşı güllələndi – FOTO

Dünya Bankından KRİTİK XƏBƏRDARLIQ – Azərbaycana necə təsir edəcək?

Dünya Bankından KRİTİK XƏBƏRDARLIQ – Azərbaycana necə təsir edəcək?

Mingəçevirdə dava: 60 yaşlı kişinin başı KƏRPİCLƏ YARILDI

Mingəçevirdə dava: 60 yaşlı kişinin başı KƏRPİCLƏ YARILDI

Strateji valyuta ehtiyatlarımız 87 milyard dolları ÖTDÜ

Strateji valyuta ehtiyatlarımız 87 milyard dolları ÖTDÜ

Ali Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı QƏRAR VERDİ - FOTO

Ali Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı QƏRAR VERDİ - FOTO

Türkiyə - Azərbaycan Universitetində təhsil alan tələbələrin SAYI açıqlandı

Türkiyə - Azərbaycan Universitetində təhsil alan tələbələrin SAYI açıqlandı

Azərbaycan Pakistana humanitar yardım göndərdi – FOTO

Azərbaycan Pakistana humanitar yardım göndərdi – FOTO

Azərbaycanı “Böyük Dəbilqə”də onlar təmsil edəcək – ADLAR

Azərbaycanı “Böyük Dəbilqə”də onlar təmsil edəcək – ADLAR

İnflyasiya ərzaq qiymətlərinə necə təsir göstərib? – RƏSMİ AÇIQLAMA

İnflyasiya ərzaq qiymətlərinə necə təsir göstərib? – RƏSMİ AÇIQLAMA

Xoşqədəmin əkizləri 10 yaşında: "Bir-birinizi heç vaxt buraxmayın" – VİDEO

Xoşqədəmin əkizləri 10 yaşında: "Bir-birinizi heç vaxt buraxmayın" – VİDEO

Burada ölmək qadağandır – Fotolar

Burada ölmək qadağandır – Fotolar

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO

ABŞ Peşəvərdəki Baş Konsulluğunu bağlayır

ABŞ Peşəvərdəki Baş Konsulluğunu bağlayır

Sumqayıtda oğlunu öldürmək istəyən ata ilə bağlı QƏRAR VERİLDİ

Sumqayıtda oğlunu öldürmək istəyən ata ilə bağlı QƏRAR VERİLDİ

Uşaqlara siqaret satanlara BƏD XƏBƏR – Cəzaların sərtləşdirilməsi GÜNDƏMDƏ

Uşaqlara siqaret satanlara BƏD XƏBƏR – Cəzaların sərtləşdirilməsi GÜNDƏMDƏ

Bakıdakı hotellərdə "Həyəcan" siqnalı verildi – FOTO/VİDEO

Bakıdakı hotellərdə "Həyəcan" siqnalı verildi – FOTO/VİDEO

Rusiyada əcnəbilərin sayı 700 min nəfər azalıdı

Rusiyada əcnəbilərin sayı 700 min nəfər azalıdı

Eldar Əzizov rəisi işdən çıxartdı - YENİ TƏYİNAT

Eldar Əzizov rəisi işdən çıxartdı - YENİ TƏYİNAT

WUF13 proqramı ictimaiyyətə təqdim olundu

WUF13 proqramı ictimaiyyətə təqdim olundu

Rusiyalı aktrisa Bakı ilə bağlı təəssüratlarını bölüşdü -FOTO/VİDEO

Rusiyalı aktrisa Bakı ilə bağlı təəssüratlarını bölüşdü -FOTO/VİDEO

End of content

No more pages to load

RADİO