Azərbaycanda 15 yaşlı qız "rəfiqəsi"nin üzərinə bıçaq çəkdi, evlərindən 4 min dollar oğurladı – VİDEO

Vətəndaş Arzu Quliyeva yaşadığı mənzildən 10-cu sinif şagirdinin 4 min dollar oğurladığını iddia edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı “oxu.az”a müraciət edən A.Quliyeva bildirilib ki, 15 yaşlı qız oğurluq məqsədilə bir müddət övladı ilə dostluq edib:

"Mənim qızım 9-cu sinifdə oxuyur. Oğurluq edən qız övladım ilə dostluq münasibətləri qurandan sonra tez-tez evimə gəlirdi. Sinif yoldaşlarından birinin ad günü var idi. Mən övladıma getməyə icazə vermədim. O qız isə müvəqqəti paltar almaq adı ilə evimə gəlib. Kamera görüntüləri var, paltarlarımın hamısını dağıdıb. Bacım iki ildir ki, kirayədə yaşayır. Onun qızılları, pulları məndə idi. Evimdə kamera var və bizə çox adam gəlmir, ona görə də güvənirdi. Həmin uşaq qızıllar və pul olan yerə əl uzadanda qızım icazə verməyib. Təkid edəndə qızım onu itələyib, dediyinə görə, telefonu qırılıb. Qızıma deyib ki, telefonunu ver, aparım. Mən o qızı sevmirəm, qızım mənə bu məsələni bildirəndə dedim, o kimdir, qəti olmaz, bir də gəlməsin bizə.

Sonradan qızım dedi ki, kasıb adamlardır, ürəyim ağrıdı, həmin qıza 145 manat göndərdim. Bu hadisə 7 dekabrda olub.

9 dekabrda bizə yenə gəlib. Övladıma deyib ki, hazırlığa bir gedək. Sən demə, bu ərəfədə açarı dəyişib, kameranı söndürüb, oğurluq edib".

Şikayətçi xanım sözlərinə belə davam edib:

"16 dekabrda iz itirmək üçün qızıma yazıb ki, aşağı düş, oynayaq. Övladım hazırlığa getdiyini deyib. Qızım da həmin gün xəstə idi, yatırdı. Bu uşaq çox keçmədən bizə gəlib, koridorun girişində kamera yoxdur, qaranlıqdır. İçəri girəndə papağı ilə üzünün yarısını örtüb, qızımın üzərinə bıçaq çəkib, soruşub ki, mamanın pulları haradadır? Qızım səsindən tanıyıb onu, üzərinə qışqırıb. O da qaçıb gedib.

Övladım daha sonra söz almaq üçün bizə gəlib-gəlmədiyini soruşanda yalandan deyib ki, nənəsigildə idi. Lakin sonradan mən söhbəti biləndə yalvardı ki, qələt etmişəm, bir də etməyəcəyəm filan. Ürəyim ağrıdı, bağışladım.

Qızımdan onun başqa hansı tarixdə gəldiyini soruşdum. Dedi, 9 dekabrda gəlib. Kamerada baxanda gördüm ki, bəzi yerlər kəsilib, çünki kameranı söndürüb. Baxıram ki, açarın yerini dəyişib, işığı söndürüb.

Bunu özlərinə bildirəndə birinci dedi ki, sübut et ki, mən etmişəm. Kameranı filan söndürdüyü üçün arxayın idi. Amma bütün faktlar onun oğurluq etdiyini ortaya qoyurdu. Sonradan bir qismini boynuna aldı. Dedi ki, 903 dollar götürüb, 100 dollarını itirib. Guya özünə telefon alacaqmış.

Anası dedi ki, pulu oğurlayıb ona aparıb. Bıçaq məsələsində isə anası dedi ki, guya yolda söz filan atmasınlar deyə özünü qoruması üçün ona verib".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evlərin birindən 4 000 dollar pulun oğurlanması barədə polisə məlumat daxil olub:

"Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə təqsirli bilinən yetkinlik yaşına çatmayan şəxs müəyyən edilərək istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bakının 3 rayonunda işıq kəsiləcək

Bakının 3 rayonunda işıq kəsiləcək

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

End of content

No more pages to load

RADİO