Tərtərdə ağır yol qəzası baş verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə dünən saat 22 radələrində Hümbətli kəndində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi “Belarus 82” markalı traktor Ədalət Həsənəliyevin idarə etdiyi “VAZ 2101” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "Jiquli"də olan 1971-ci il təvəllüdlü Ə.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Digər sərnişin Zəhra Məmmədova isə xəstəxanaya yerləşdirilib.
Yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra traktorun sürücüsü Xəqani Aydınov hadisə yerindən qaçıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Bizim.Media