Qusarda Qarabağ müharibəsi şəhidlərinin xatirəsi YAD EDİLDİ – FOTO

Qusar rayon İcra Hakimiyyətinin başçısı və aparat üzvləri bu gün rayonun Hil və Gündüz kəndlərində olublar.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rəsmilər Qarabağ uğrunda həyatından keçmiş 3 şəhidin xatirəsini ehtiramla yad ediblər.

Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və icra aparatının üzvləri əvvəlcə Hil kəndində Birinci Qarabağ şəhidi Zahir Rzayevin məzarını ziyarət edib, məzarı önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
 

Sonra Vətən Müharibəsi şəhidləri Rail Ramazanovun Hil kəndində, Sarvan Şahbazovun isə Gündüzqala kənd qəbiristanlıqlarındakı məzarları ziyarət olunub.


Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov hər üç şəhidin ailələri, doğmaları ilə görüşüb,onlara Vətənin müdafiəsi üçün belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirib. Rayon rəhbəri çıxışında Sarvan Şahbazovun Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etdiyini, Xocavəndin Cütcü kəndində qəhrəmancasına şəhid olduğundan söz açıb. O Azərbaycan Ordusunun kiçik çavuşu Rail Ramazanovun da Xocavənd döyüşlərində canını fəda etdiyini xüsusi vurğulayıb.

Sahir Məmmədxanov bildirib ki, hər iki döyüşçü ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə müxtəlif döyüş medalları ilə təltif edilib. Qusarın icra başçısı qeyd edib ki, məhz belə igid oğullarımızın və Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğu” sayəsində Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini tarixi qələbə ilə başa vurdu.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: Milyonlarla insan hələ də normal yata bilmir

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: Milyonlarla insan hələ də normal yata bilmir

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bakının 3 rayonunda işıq kəsiləcək

Bakının 3 rayonunda işıq kəsiləcək

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

End of content

No more pages to load

RADİO