Xəbər verdiyimiz kimi Azərbaycan-İran sərhədində 3,6 bal gücündə
zəlzələ olub.
Bizim.Media-nın yürli bürosu xəbər verir ki, zəlzələ Cəlilabad rayonunda da hiss edilib.
Rayon sakinlərinin verdiyi məlumata görə, yeraltı təkanlar bu gün saat 23:23-də qeydə alınıb. Sakinlər bildiriblər ki, zəlzələ təxminən 3-3,5 bal gücündə hiss olunub.
Hadisə ilə bağlı hələlik xəsarət alanlar və ya maddi ziyan barədə məlumat yoxdur.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu