Portuqaliyanın 2-ci liqasında keçirilən “Oliveyrenşe” - “Felgeyraş” oyununda maraqlı hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, görüş zamanı güclü yağış yağıb və nəticədə stadionun xətləri görünməz hala düşüb.
Həmin vaxt arenada yeni xətlər çəkmək üçün boya olmayıb. “Oliveyrenşe” klubunun rəsmiləri isə vəziyyətdən çıxış yolu tapmaq üçün fərqli yola əl atıblar. Onlar boya maşınına süd töküblər. Buna görə meydana xətlər südlə çəkilib.
Qeyd edək ki, matçda qonaqlar 3:0 hesablı qələbə qazanıblar.
Bizim.Media