Paytaxtın Binəqədi rayonu, Emin Bağırov küçəsində, 179 nömrəli tam orta məktəbin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Məlumata görə, hadisə zamanı 1 ədəd düyməli piyada işıqforu yararsız hala düşüb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor quraşdırılacaq.

Bizim.Media