Aktyor Azər Baxşəliyev vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə onun həmkarı və dostu aktyor İlkin Həsəni paylaşım edib
Xatırladaq ki, bu gün o, valideyn və ailə üzvlərinin istəyi ilə xəstəxanadan evə aparılıb. Çünki dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, onun orqanizmi yaşama qabiliyyətini itirib.
Məlumata görə, aktyor bu gün günorta saatlarında Sabunçu qəbiristanlığında dəfn ediləcək.

Bizim.Media