Bir neçə gündür süni tənəffüs aparatına qoşulan aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova yayıb.
Onun sözlərinə görə, dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib:
“Poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib. Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır”.
Qeyd edək ki, A.Baxşəliyev uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir.
Bizim.Media