Bakı-Balakən-Bakı reysi bərpadan sonra ilk səfərini etdi - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yanvarın 3-dən Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edib.

ADY-dən Bizim.Media-ya bildirilib ki, Bakı–Balakən–Bakı reysi üzrə ilk qatarın doluluq səviyyəsi 90 faizdən çox olub.
 

Bu, həmin istiqamətdə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir.


Hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndən saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq.

Sərnişinlərə standart, standart+ və biznes sinifləri üzrə səyahət imkanları təklif olunur. Bakıdan Yevlax stansiyasına minimum qiymətlər standart sinif üzrə 13,1 AZN, standart+ sinif üzrə 17,6 AZN, biznes sinif üzrə 54,6 AZN, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər standart sinif üzrə 14,8 AZN, standart+ sinif üzrə 23,9 AZN, biznes sinif üzrə 63,3 AZN, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə standart sinif üzrə 16,4 AZN, standart+ sinif üzrə 23,9 AZN, biznes sinif üzrə 67,7 AZN-dir. Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər standart sinif üzrə 18 AZN, standart+ üzrə 27 AZN, biznes sinif üzrə 72 AZN-dən başlayır.

Bu marşrut üzrə qatarların yenidən fəaliyyətə başlaması ilə şimal-qərb regionu üzrə yarım milyona yaxın vətəndaşa ADY-nin qatarlarından istifadə etməklə rahat və təhlükəsiz səfər etmək imkanı yaradılır. Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər.

Uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlərin rahat yatıb istirahət edə bilməsi üçün yenilənmiş beş yataq tipli vaqondan ibarət qatarlar istismara verilib. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişli olması üçün sürət xüsusi olaraq tənzimlənir. Qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir.

Rahat səyahəti təmin etmək məqsədilə yataq tipli vaqonların təchizatı yenilənib, standart sinif üzrə vaqonda yerlər üzrə işıq keçirməyən yeni pərdələr quraşdırılıb. Vaqonlarda yataqların keyfiyyəti sərnişinlərin səfər zamanı rahatlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğundan yeni yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü, dəsmal) materialları yumşaq və asan təmizlənə bilən materiallardan seçilib.

Sərnişinlərə səfər dəstləri (biznes sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası, daraq, dabankeş, tərlik, bəylər üçün ülgüc dəsti / xanımlar üçün kosmetik əşyalar; standart+ sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası; standart sinif üzrə qazsız su, nəm və quru salfet, qulaq tıxacı) təqdim edilir. Bundan başqa, biznes sinif üzrə xüsusi menyu (pendir çeşidi, kolbasa, çörək çeşidi, cem, pomidor, xiyar, zeytun çeşidi, kükü; limitsiz çay / qəhvə; keks) hazırlanıb, əlavə olaraq media xidməti (4 dildə bədii film, cizgi filmi, musiqi, veriliş seçimi) göstərilir. Həmçinin yolboyu səyyar satış xidməti həyata keçirilir.
 

Oturaq tipli qatarlardan fərqli olaraq yataq tipli qatarlarda sərnişinlərə yük aparmaq üçün daha çox imkan yaradılır. Belə ki, marşrut üzrə standart və standart+ sinifləri üçün ödənişsiz yük həcmi 36 kq, biznes sinif üçün isə 50 kq müəyyən olunub.


Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər. Bu, sərnişinlərə internet əlaqəsi, yazışmalar, onlayn axtarış və digər kommunikasiya xidmətlərini təqdim edir.

1985-ci ildən istifadəyə verilmiş Bakı–Yevlax–Şəki–Balakən dəmir yolu xətti üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə ADY daxili imkanlarından istifadə edərək 2023-cü ilin noyabr ayından 164 km uzunluğu olan Yevlax–Balakən sahəsində genişmiqyaslı təmir işləri aparıb. Reyslərə, yoldəyişən qurğulara, 47 ədəd körpü və 37 ədəd qorunmayan keçidə baxış keçirilib. Təmir zamanı yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, qüsurlu süni qurğularda, qorunmayan keçidlərdə təmir işləri görülüb, çatışmayan yol nişanları əlavə olunub. İşlər başa çatdırıldıqdan sonra qatarların hərəkət sürəti 48-dən 55 km/saata yüksəldilib. Bununla da marşrut üzrə pandemiyadan öncəki 9 saat 35 dəqiqəlik səfər müddəti hazırda 8 saat 20 dəqiqəyə endirilib. Bu istiqamətdə təkmilləşdirmə işləri davam etdiriləcək.

Ümumilikdə isə şimal-qərb bölgəsinin dağlıq relyefə malik olması bu istiqamətdə sürətin daha da artırılmasına, digər istiqamətlərlə müqayisədə yüksək sürətin müəyyənləşdirilməsinə mane olur.

Sərnişinlər Bakı–Balakən–Bakı marşrutu üzrə biletləri ADY-nin rəsmi saytından (//ticket.ady.az/az/ticket-search), “ADY Mobile” tətbiqindən və dəmiryol vağzallarının kassalarından əldə edə bilərlər. Kağız əsaslı əməliyyatların rəqəmsallaşdırılması məqsədilə aralıq dayanacaqlar üçün (Göynük, Qorağan, Əliabad, Göyəm) bilet satışı onlayn formada həyata keçirilir. Sərnişinlər onlayn bilet alarkən Göynük və Qorağan dayanacaqlarına getmək üçün Qax, Əliabad dayanacağına getmək üçün Zaqatala, Göyəm dayanacağına getmək üçün isə Balakən stansiyasını seçməlidirlər.

Bütün stansiyalarda (Şəki, Qax, Zaqatala, Balakən) təmir və abadlıq işləri görülüb, xidmətedici heyət yenilənib. Bundan başqa, stansiyaların ərazilərində avtomobillərin parklanması üçün şərait yaradılıb.
 

Hazırda dünyada yataq tipli vaqonlara tələbat artır və 2025-ci ildə də bu trendin davam edəcəyi proqnozlaşdırır. Karbon izini azaltmağa töhfə vermək və təyyarə ilə səyahətdən imtina etmək istəyənlər üçün qatarlar Avropada daha çox tələbat olan nəqliyyat növünə çevrilir. Əlavə olaraq, gecə qatarlarında səyahət həm gündüz saatlarına, həm də hotel xərclərinə qənaət etməkdir.


ADY fəaliyyətində dünya təcrübəsinə əsaslanaraq, sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar, rəqəmsal həllər tətbiq edir. 2024-cü ildə yeni qatarların xəttə buraxılması, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin artırılması, yeni dayanacaqların istifadəyə verilməsi, bir sıra stansiya və dayanacaqlarında, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidmətinin aktivləşdirilməsi, loyallıq proqramı və dinamik qiymət siyasətinin tətbiqi və bu addımların nəticəsi olaraq 2024-cü ildə rekord sayda – 8,5 milyon sərnişin daşınması ADY-nin sərnişindaşıma sahəsinin inkişafına, müştəri məmnuniyyətinin artırılmasına xüsusi diqqət yetirdiyini göstərir. 2025-ci ilin əvvəlindən isə Bakı–Balakən–Bakı marşrutunun bərpası bölgə sakinləri üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə xidmət edəcək. Bu xəttin bərpası, eyni zamanda, şimal-qərb bölgəsinin turizminin inkişafına mühüm töhfə verəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada bağ evlərində niyə gecələməyə izn verilmir? – Hökumətin QƏRİBƏ TƏLƏBLƏRİ

Almaniyada bağ evlərində niyə gecələməyə izn verilmir? – Hökumətin QƏRİBƏ TƏLƏBLƏRİ

Şahdağ və Daşkəsənə qar yağır - FAKTİKİ HAVA

Şahdağ və Daşkəsənə qar yağır - FAKTİKİ HAVA

ABŞ-da körpə nadir əməliyyatla iki dəfə “dünyaya gətirildi” – FOTO

ABŞ-da körpə nadir əməliyyatla iki dəfə “dünyaya gətirildi” – FOTO

“Qarabağ”da ciddi İTKİ

“Qarabağ”da ciddi İTKİ

ABŞ-ın ən məşhur bankı qalmaqalın MƏRKƏZİNDƏ: Qadın direktor kişi əməkdaşı…

ABŞ-ın ən məşhur bankı qalmaqalın MƏRKƏZİNDƏ: Qadın direktor kişi əməkdaşı…

Boğazında konfet qalan azyaşlının həyatı belə xilas edildi – ANBAAN VİDEO

Boğazında konfet qalan azyaşlının həyatı belə xilas edildi – ANBAAN VİDEO

İsraildən XƏBƏRDARLIQ - "Dərhal bu əraziləri tərk edin" - FOTO

İsraildən XƏBƏRDARLIQ - "Dərhal bu əraziləri tərk edin" - FOTO

Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ

Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ

I sinfə şagird qəbulu BAŞLADI

I sinfə şagird qəbulu BAŞLADI

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Yaxın günlərdə…

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Yaxın günlərdə…

Baş bankirdən maaş alanlara müjdə

Baş bankirdən maaş alanlara müjdə

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Siyavuş Novruzov: “Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur”

Siyavuş Novruzov: “Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur”

"Həzi Aslanov" metro stansiyasına yaxın təmirli mənzillər ipoteka imkanı ilə satışa çıxdı! - "Highland Residence"

"Həzi Aslanov" metro stansiyasına yaxın təmirli mənzillər ipoteka imkanı ilə satışa çıxdı! - "Highland Residence"

“Ciyəri zədələnib…” - “Kəpəz”in futbolçusu üçün mövsüm bitdi

“Ciyəri zədələnib…” - “Kəpəz”in futbolçusu üçün mövsüm bitdi

Bu da “Koroğlu”nun atı – VİDEO

Bu da “Koroğlu”nun atı – VİDEO

4 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları AÇIQLANDI

4 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları AÇIQLANDI

KİV: ABŞ İranla razılıq əldə etmək üzrədir - DETALLAR

KİV: ABŞ İranla razılıq əldə etmək üzrədir - DETALLAR

4 ayda vergi daxilolmaları 6 milyard manatdan çox olub – RƏSMİ

4 ayda vergi daxilolmaları 6 milyard manatdan çox olub – RƏSMİ

Naxçıvanda dövlət qurumu ləğv edildi

Naxçıvanda dövlət qurumu ləğv edildi

Simonyan Belarusla bağlı sözlərinə görə üzr istəmədi

Simonyan Belarusla bağlı sözlərinə görə üzr istəmədi

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir – SİYAHI

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir – SİYAHI

"Card to card" ödənişləri ilə bağlı XƏBƏRDARLIQ

"Card to card" ödənişləri ilə bağlı XƏBƏRDARLIQ

Suriyada özbək döyüşçülər saxlanıldı

Suriyada özbək döyüşçülər saxlanıldı

End of content

No more pages to load

RADİO