Peyğəmbərlər dini, yoxsa siyasi lider funksiyasını daşıyıb? – İlahiyyatçıdan AÇIQLAMA

“Din dövlətdən ayrı olmalıdır. Çünki dini dövlət işinə qarışdıranda artıq din siyasiləşir. Siyasiləşən dininsə mahiyyəti dəyişir, tam təhrif olunur. Amma çox təəssüf ki, bir sıra dövlətlər özünü islam dövləti elan edib. Halbuki, həmin dövlətlərdə idarəetmə sistemi islam dəyərlərindən çox-çox uzaqdır. Dini siyasətə alət etmək dini içindən çürütməkdir. Siyasət dəyişir, münasibətlər dəyişir. Ancaq dinin əsası, özəyi, əsas prinsipləri dəyişmir. Siyasəti dinə, dini də siyasətə qatmaq, alət etmək olmaz”.

Bunu Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, Qurana görə Misirdə hakimiyyətdə olan Firon özünü tanrı, yer üzünün sahibi elan etmişdi:

“Bu, bəzi qədim papiruslarda, qayaüstü yazılarda da əksini tapır. Musa peyğəmbəri də Allah göndərdi ki, Fironla xoş danışaraq onu düz yola dəvət etsin... Musa ilə Fironun mücadiləsi hakimiyyət, siyasət davası deyildi, bir inanc məsələsi idi, Qurana görə. Yaxud, Yusif peyğəmbər Misirdə digər fironun vəziri yaxud maliyyə naziri, xəzinədarı idi. O, ədalətlə bu vəzifədə çalışırdı və rəhbəri ondan, o da rəhbərindən razı idi. Bəyəm Yusif haçansa hakimiyyəti ələ almağa cəhd etmişdi? Xeyr!”.

Kimlər dini siyasi alətə çevirib?

Müsahibimiz bununla bağlı qeyd edib ki, Sasani imperiyasının qalıqları olan millətçi farsların müsəlman cildinə girib İslamı içəridən məhv etmək, İslam hakimiyyətini ələ keçirmək planı ilə, əsasən “Əhli-Beyt” şüar edib yaratdıqları siyasi məzhəb - təşkilatların əsas ideoloji baxışına görə peyğəmbərlər mütləq siyasi hakim olublar və yaxud olmalı idilər:

“Hələ sonuncu Peyğəmbərdən sonra da İmamlar silsiləsi gəlir ki, onlar da mütləq siyasi rəhbər təyin ediliblər... Bu gün fars rejiminin dünyada apardığı mübarizə də bu ideya naminədir ki, həmin İmamlara vaxtında hakimiyyətə gəlməyə imkan verməyiblər, indi heç olmasa sonuncu qeybdə olan İmam üçün şərait yaratmaq lazımdır ki, o gəlib dünyaya siyasi hakim olsun.

Təbii proseslərin gedişinə uyğun olaraq bir neçə peyğəmbər və imam eyni zamanda dövlət başçısı da olub. Davud və Süleyman peyğəmbərlər yəhudi kralları sırasındadır. Ancaq bu o demək deyil ki, peyğəmbərlərin hamısı hakimiyyətə gəlməli idi. Peyğəmbərlik missiyası ümumiyyətlə mənəvi liderliyi, inac və etiqadı, əxlaqi dəyərləri yer üzündə yaşatmağı özündə ehtiva edən prinsiplər əsasında təyin edilir.

Siyasi rəhbərlik peyğəmbərlər üçün hədəf olmayıb.

Yaxud Əhli-Beyt imamlarından İmam Əli və oğlu Həsənin qısa müddət xilafətə başçılıq etmələri əsas vermir ki, həmişə hər yerdə siyasi rəhbərlik müəyyən şəxslərə verilməli idi. Bəyəm İmamın hədəfi, missiyası hakimiyyət uğrunda idi?! Əsla, belə deyil. Bu, onların ali, mənəvi liderlik missiyalarına xələl gətirən, ilahi, mələkuti dərəcələrini aşağı endirən fikirdir”.

Tural İrfan bir ibrətamiz faktı da xatırladıb:

“Həzrət Muhəmməd təzə peyğəmbərliyə başlayanda Məkkə hakimləri ona başçılıq təkilf etdilər, o qəti olaraq rədd etdi. Xəlifə Osmanın öldürülməsindən sonra İmam Əlinin başına yığışıb onu siyasi rəhbərliyə məcbur etdilər. O, hər nə qədər uzaq durmaq istəsə də, xaos baş verməsindən, anarxiya yaranacağından qorxaraq məcburiyyət qarşısında razı oldu. Nəticəsi də məlumdur.

Quranda siyasi hakimiyyətə, ümumiyyətlə siyasətə az yer verilməsinin əsas səbəbi bu kitabın hədəfinin dünya deyil, axirət olduğunu sübut edir. Sadəcə şuradan bəhs edilir, ədalət təkid edilir, müsəlmanların öz işlərini məşvərət əsasında etmələri tövsiyyə olunur. Yoxsa bu prinsiplərdən kənar ideoloji sistemlər üzrə baş tutan icraatlar da küfr hesab edilmir, qadağan olunmur. Əks halda birinci xəlifənin seçki ilə, ikinci xəlifənin isə vəsiyyətlə, üçüncü xəlifənin yenə şura ilə, dördüncünün yenə seçki ilə, beşincinin isə rəylə təyin olunması baş verməzdi”.

Din siyasi ideologiya deyil, mənəvi yoldur.

İlahiyyatçı hesab edir ki, din inanc və əxlaq xəritəsidir:

“Siyasi ideyalar, tələblər, prinsiplər coğrafiyalara, zamana, dövrə, şəraitə görə dəyişə bilir, tənəzzülə və təkamülə yaxınlaşır. Dinin əsli isə dəyişsə bu təhrif sayılır, əsas özəlliyini itirir. Din müqəddəs qalmalıdır.

Quranda əmr olunur ki, Allaha, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə tabe olun. Bu barədə Nisa surəsi, 59-cu ayədə deyilir: 

"Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə itaət edin."

İslam burada xaosun, anarxiyanın qarşısını alır, ölkə rəhbərliyinə tabe olmağı vacib sayır. Yaxud rəhbərin yalnız Peyğəmbər yaxud İmam olmasını şərt qoymur.

Hərçənd ki, sonralar bu ayələri fars Sasani ideoloji xəttini İslam içində yaşadanlar qədim fars şahlarının soy prinsipini, yarı tanrılaşmış obrazlarını məzhəb əsası kimi qəbul etdilər və əmr sahiblərinin yalnız Peyğəmbər soyundan olan İmam olması fikrini irəli sürdülər. İmamın obrazını da Tanrının obrazı qədər ilahiləşdirib qeybi bilən, yaradan, məsum və Allaha məxsus başqa sifətlər şamil etdilər. Quranı da sırf siyasət kitabına çevirdilər. İslam dininin də cahanşümül dəyərlərini məhdudlaşdırıb adi bir siyasi partiya nizamnaməsi səviyyəsində təqdim etdilər.

Bunun hamısı farsların dini siyasi alət edərək öz imperiyalarının heç olmasa ideoloji sərhədlərini bərpa etmək amacından doğurdu.

Halbuki Quranda Allah açıq aşkar göstərir ki, bu kitab müttəqiləri doğru yola çəkən hidayət kitabıdır, siyasət kitabı deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həkimlər 2 yaşlı uşağın burnundan sancaq çıxardılar - FOTO

Həkimlər 2 yaşlı uşağın burnundan sancaq çıxardılar - FOTO

Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI - FOTO

Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI - FOTO

“Fiziki tərbiyə müəllimliyi” yalnız universitetlərdə – Kollec tələbələrinin AQİBƏTİ necə olacaq?

“Fiziki tərbiyə müəllimliyi” yalnız universitetlərdə – Kollec tələbələrinin AQİBƏTİ necə olacaq?

İran Fars körfəzindəki gəmi kapitanlarına müraciət etdi

İran Fars körfəzindəki gəmi kapitanlarına müraciət etdi

Biri keçmiş nazir, digəri mühəndis - İkisi də Azərbaycan çempionudur

Biri keçmiş nazir, digəri mühəndis - İkisi də Azərbaycan çempionudur

OpenAI haqqında qalmaqallı film gəlir: Milyarderlər xoş olmayan obrazda göstərilib

OpenAI haqqında qalmaqallı film gəlir: Milyarderlər xoş olmayan obrazda göstərilib

Tramp İranı seçim qarşısında qoydu: “Razılaşma ya da bombardman” - FOTO

Tramp İranı seçim qarşısında qoydu: “Razılaşma ya da bombardman” - FOTO

Həbsxana həyatını atası ilə eyni kamerada keçirdi... – Film kimi CİNAYƏT İŞİ – VİDEO

Həbsxana həyatını atası ilə eyni kamerada keçirdi... – Film kimi CİNAYƏT İŞİ – VİDEO

İsrail bombardmanından sonra Livanın Kəfr-Cuz şəhəri - VİDEO

İsrail bombardmanından sonra Livanın Kəfr-Cuz şəhəri - VİDEO

Əli Əsədovdan həkimlərin maaşı ilə bağlı QƏRAR

Əli Əsədovdan həkimlərin maaşı ilə bağlı QƏRAR

Zaqatalada minik avtomobili aşdı - Xəsarət alan var – FOTO

Zaqatalada minik avtomobili aşdı - Xəsarət alan var – FOTO

NASA-nın keçmiş alimi: “Üç klinik ölüm mənə ölümdən sonrakı həyatı göstərdi”

NASA-nın keçmiş alimi: “Üç klinik ölüm mənə ölümdən sonrakı həyatı göstərdi”

Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU

Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU

ÜST-dən hantavirus AÇIQLAMASI: Pandemiya geri qayıdır?

ÜST-dən hantavirus AÇIQLAMASI: Pandemiya geri qayıdır?

Almaniyada bağ evlərində niyə gecələməyə izn verilmir? – Hökumətin QƏRİBƏ TƏLƏBLƏRİ

Almaniyada bağ evlərində niyə gecələməyə izn verilmir? – Hökumətin QƏRİBƏ TƏLƏBLƏRİ

Şahdağ və Daşkəsənə qar yağır - FAKTİKİ HAVA

Şahdağ və Daşkəsənə qar yağır - FAKTİKİ HAVA

ABŞ-da körpə nadir əməliyyatla iki dəfə “dünyaya gətirildi” – FOTO

ABŞ-da körpə nadir əməliyyatla iki dəfə “dünyaya gətirildi” – FOTO

“Qarabağ”da ciddi İTKİ

“Qarabağ”da ciddi İTKİ

ABŞ-ın ən məşhur bankı qalmaqalın MƏRKƏZİNDƏ: Qadın direktor kişi əməkdaşı…

ABŞ-ın ən məşhur bankı qalmaqalın MƏRKƏZİNDƏ: Qadın direktor kişi əməkdaşı…

Boğazında konfet qalan azyaşlının həyatı belə xilas edildi – ANBAAN VİDEO

Boğazında konfet qalan azyaşlının həyatı belə xilas edildi – ANBAAN VİDEO

İsraildən XƏBƏRDARLIQ - "Dərhal bu əraziləri tərk edin" - FOTO

İsraildən XƏBƏRDARLIQ - "Dərhal bu əraziləri tərk edin" - FOTO

Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ

Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ

I sinfə şagird qəbulu BAŞLADI

I sinfə şagird qəbulu BAŞLADI

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Yaxın günlərdə…

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Yaxın günlərdə…

End of content

No more pages to load

RADİO