Rus sektorunda oxuyub, dilimizdən bixəbər olan UŞAQLAR – Problemin həlli NƏDİR?

Rusiyada rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbuluna qadağa qoyulur. Belə ki, Rusiya Dövlət Duması miqrantların uşaqlarının məktəblərə qəbul zamanı rus dili biliyinin yoxlanılması üçün məcburi sınaqdan keçirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Rusiyada xeyli azərbaycanlı yaşayır, əlbəttə, bu qanun rus dilini bilməyən azərbaycanlı uşaqlara da aiddir.

Nəzərə alaq ki, ölkəmizdə də xeyli sayda Azərbaycan dilini bilməyən uşaq var. Rus bölməsində təhsil alan bu uşaqlar azərbaycanlı olsa da, öz ana dilini mükəmməl bilmirlər. Ailəsində belə onunla rus dilində danışılır. Bu səbəbdən illər keçdikcə ana dili unudulur və yadlaşır.

Necə edək ki, ana vətənimizdə ana dilində danışaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elmin Nurizadə düşünür ki, belə məsələlərdə tolerant və daha təmkinli davranmaq lazımdır:

“Əvvəlcə onu deyək ki, ümumutəhsil seqmentində rus dilində tədris aparan məktəblərin sayı bütün məktəblərimizin sayı ilə müqayisədə o qədər də çox deyil sayları 300-dən bir az çoxdur. Bunların yalnız 17-də təhsil ancaq rus dilində aparılır. Yerdə qalanlarında isə həm Azərbaycan, həm də rus dili bölmələri fəaliyyət göstərir. Tədrisin rus dilində aparıldığı bölmələrdə təhsil alanlar üçün öz doğma ana dilinə sevgi və münasibətin daha da gücləndirilməsi üçün artıq bir neçə ildir ki, zəruri addımlar atılır. Düşünürəm ki, sərt qadağalardansa, məhz bu cür zəruri addımların olması daha məqsədəuyğundur”.

Ekspert həmin addımlara misal olaraq buraxılış siniflərində Azərbaycan dili üzrə ayrıca imtahanın verilməsini, Azərbaycan dilində Azərbaycan tarixi fənninin tədrisini göstərib:
 

“Artıq demək olar ki, bütün rusdilli bölmələrdə bu qərar icra olunmaqdadır. Məsələ, istər rus, istərsə də hər hansı dil üzrə tədris almaq deyil. Əsas məsələ tədris aldığın dildən asılı olmayaraq öz ana dilinə olan münasibətinin qorunub saxlanmasıdır”.


Elmin Nurizadə belə bir təklif də irəli sürüb. O deyib ki, gələcəkdə rus bölmələrində Azərbaycan ədəbiyyatı, eləcə də digər dərsdənkənar predmetlərin, ana dilində tədrisi heç də pis olmazdı. Sərt qadağalardansa, məhz bu cür səmərəli və humanist addımların atılması daha doğru yanaşmadır.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çempionlar Liqası: "Sabah" Finlandiyada vacib görüşə çıxır

Çempionlar Liqası: "Sabah" Finlandiyada vacib görüşə çıxır

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu – VİDEO

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu – VİDEO

Tramp Ağ Evdə Zelenski və Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək

Tramp Ağ Evdə Zelenski və Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək

Bu şəhər xəritədən tamamilə SİLİNDİ

Bu şəhər xəritədən tamamilə SİLİNDİ

“Apple” ilk ağıllı eynəklərinin təqdimatını niyə təxirə saldı? - SƏBƏB

“Apple” ilk ağıllı eynəklərinin təqdimatını niyə təxirə saldı? - SƏBƏB

"Depressiya yaşayıram, artıq toy qiymətimi qaldıracağam" - VİDEO

"Depressiya yaşayıram, artıq toy qiymətimi qaldıracağam" - VİDEO

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: Milyonlarla insan hələ də normal yata bilmir

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: Milyonlarla insan hələ də normal yata bilmir

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

End of content

No more pages to load

RADİO