Yevlaxda arvadının geyiminə irad bildirən kişi baldızına XƏSARƏT YETİRDİ

Yevlax rayonunda 1981-ci il təvəllüdlü Vilayət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baldızı Nəsrinə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Bizim.Media “Demokrat.az”a istinadən xəbər verir ki, Vilayət Nəsrinin yaşadığı evin həyətində onunla aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. 

Mübahisə zamanı o, alkoqol sərxoşluğu vəziyyətində əli ilə və təpiklə vuraraq Nəsrinə xəsarətlər yetirib. 

Hadisəni törədən Vilayətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vilayət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 2023-cü ildə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə məhkum olunub, Yevlax rayon Məhkəməsi tərəfindən ona azadlığın məhdudlaşdırılması cəzası verilib:

“Ailəliyəm, 2 övladım var. Zərərçəkmiş Nəsrin mənim həm baldızım, həm də qardaşımın arvadıdır”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 17:00-da qayınanasıgilin qonşusu, həm də onun tanışı olan Aynurənin övladının şadlıq sarayında keçirilmiş toy mərasiminə gedib: 

“Həmin toya qayınanam Nazilə, baldızlarım – Nəsrin, İradə, həyat yoldaşım Vüsalə və qızım Nuray da getdilər. Mən toyda araq içib sərxoş oldum. Orada qızım və həyat yoldaşımın geyindiyim paltarlar xoşuma gəlmədiyi üçün onlara evə getmələrini, əks halda toyu burunlarından tökəcəyimi dedim. Bunun üstündə orada bizimlə bir masada oturan baldızım Nəsrin ilə də aramızda mübahisə yarandı. Lakin həmin mübahisəni sərxoş olduğum üçün dəqiq xatırlamıram. 

Həyat yoldaşım və qızım sözümə məhəl qoymayaraq toyda oturdular və toy qurtarana yaxın qayınanamın evinə getdilər. Mən də onların sözümə baxmadıqlarından əsəbiləşdim, onların arxasınca qayınanamgilə getdim. Qapını döydüm və qapı açılanda qabağıma qayınanam çıxdı. Qayınanam qabağımda durduğu üçün onu vuraraq kənara itələdim. Həmin vaxt qızım və baldızım Nəsrinin oğlu Cəmil araya girərək məni sakitləşdirdilər”. 

Vilayət bildirib ki, daha sonra evə Nəsrin də gəlib və həyətdə onun üstünə hücum edib: 

“Mən də həmin vaxt Nəsrini yumruq və təpiklə vurdum. Həmin vaxt Cəmil məni həyətdən çıxartdı. Mən də evimə getdim. Sonradan polis əməkdaşları evimə gələndə Nəsrinin məndən şikayət etdiyini bildim. Daha sonra polis əməkdaşları məni sərxoşluq müayinəsindən keçirdilər”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nəsrinin sözlərinə görə, anası Nazilə, bacıları – İradə və Vüsalə, bacısı qızı Nuray, həm qaynı, həm də yeznəsi olan Vilayətlə birlikdə şadlıq sarayında qonşuları Aynurənin oğlunun toy mərasiminə gediblər: 

“Vilayət toyda spirtli içki içib sərxoş olandan sonra masamıza gələrək həyat yoldaşı Vüsaləyə bizim yanımızda oturmamasını, bizimlə birlikdə oynamağa durmamasını dedi. Mən Vilayətə yanımızdan aralaşmasını bildirdim. Lakin həmin vaxt Vilayət masanın üstündə olan stəkandakı suyu üzümə tökdü. Bundan sonra Vilayət təkrar bir neçə dəfə də masamıza gələrək mənə söz atdı və məni təhqir etdi. 

Bir müddət sonra anam və bacılarım Vilayətin hərəkətlərindən bezərək toydan getdilər. Lakin mən toyun axırına kimi gözlədim. Həmin gün saat 21.50-də toydan çıxaraq evə gələn zaman həyətdən səs-küy eşitdim. Yaşadığım evin həyətinə daxil olanda Vilayətin anam və bacılarım ilə mübahisə edərək onları döydüyünü gördüm.
 

Vilayət də mənim gəldiyini görən kimi üstümə hücum çəkdi və sərxoş vəziyyətdə məni söyüb təhqir edərək təpiklə ayağıma vurdu. Sonra da əlim ilə qolumdan vuraraq mənə xəsarət yetirdi. Həmin vaxt oğlum Cəmil Vilayəti aralaşdıraraq apardı. Mən də bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim”. 


Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vilayətin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Brent” nefti UCUZLAŞDI

“Brent” nefti UCUZLAŞDI

Çempionlar Liqası: "Sabah" Finlandiyada vacib görüşə çıxır

Çempionlar Liqası: "Sabah" Finlandiyada vacib görüşə çıxır

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu – VİDEO

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu – VİDEO

Tramp Ağ Evdə Zelenski və Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək

Tramp Ağ Evdə Zelenski və Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək

Bu şəhər xəritədən tamamilə SİLİNDİ

Bu şəhər xəritədən tamamilə SİLİNDİ

“Apple” ilk ağıllı eynəklərinin təqdimatını niyə təxirə saldı? - SƏBƏB

“Apple” ilk ağıllı eynəklərinin təqdimatını niyə təxirə saldı? - SƏBƏB

"Depressiya yaşayıram, artıq toy qiymətimi qaldıracağam" - VİDEO

"Depressiya yaşayıram, artıq toy qiymətimi qaldıracağam" - VİDEO

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: Milyonlarla insan hələ də normal yata bilmir

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: Milyonlarla insan hələ də normal yata bilmir

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

100 manatla harda iki gün dincəlmək olar? - Ən sərfəli RAYONLAR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

Sirlərini heç kimlə bölüşməyən BÜRCLƏR

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

End of content

No more pages to load

RADİO