Kürdəmirdə qonşular arasında SİLAHLI İNSİDENT – Yaralanan var

Kürdəmir rayonunda 1988-ci il təvəllüdlü Xalid Abdullayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1986-cı il təvəllüdlü Rüstəm Məmmədovun yaşadığı  evə gələrək ona odlu silahdan atəş açıb.

Bizim.Media “Demokrat.az”a istinadən xəbər verir ki, hadisə 20 iyun 2024-cü ildə, gecə saat 00:10-da Kürdəmir rayonunun Carlı kəndində baş verib. 

Xalid həmin kəndə yaşayan tanışı Rüstəm ilə telefonla danışarkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, sonuncunun yaşadığı evin həyətyanı sahəsində özü ilə yaşadığı evdən gətirdiyi ov tüfəngi ilə iki dəfə atəş açaraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, əziyyət çəkib barama saxlayıblar, axırda da Rüstəm çörəklərini kəsib və vuraraq dişlərini töküb:

“Rüstəm evdən apardığı taxtaları mənə verməli idi. Rüstəmin etdiyi hərəkətlərə görə nə etməli idim. Belə götürəndə də Rüstəmin etdiyi cinayət mənim etdiyim cinayətin yanında daha ağırdır. Rüstəmin mənim dişlərimi qırması ilə bağlı polis şöbəsinə müraciət etməmişəm”.

Təqsirləndirilən şəxs bildirib ki, Rüstəmi vurduğu ov tüfəngi çoxdan onda olub: 
“Rüstəmi 20 iyun 2024-cü ildə, saat 00:10-da Kürdəmir rayonunun Carlı kəndində öz həyətində vurmuşam. Rüstəmlə qonşuluqda yaşamışıq. Gündüz saat 18 radələrində Rüstəmə zəng edərək taxtalarımı istədim. Rüstəm isə taxtalarını verməyəcəyini deyərək məni və ailəmi təhqir etdi. Bundan sonra Rüstəmgilə gedərək onu çağırdım.

Lakin Rüstəm evdə olmadı. Sonra isə axşam Rüstəmgilə gedərək onu çağırdım. Rüstəm həyətə düşdükdən sonra silahdan atəş açaraq onu vurdum. Rüstəmi öldürmək fikrim olmayıb. Rüstəm evlərində tək qalıb, ondan başqa evlərində kimsə yaşamayıb. Atəş açmamışdan əvvəl Rüstəm heyva ağacının altına düşdü. Rüstəmə silahı tuşlayaraq vuraram dedim. Rüstəm isə vurmayana söyəcəyini dedi. Rüstəmə iki atəş açdım. Hər iki atəşi Rüstəmin ayaq nahiyəsinə atmışam. Birinci dəfə Rüstəmi çağırmağa gedəndə də əlimdə silah olub. Həmin vaxtı Rüstəm evdə olsaydı vuracaqdım”.

İş üzrə zərərçəkmiş Rüstəmin sözlərinə görə, Xalidlə qonşuluqda yaşayır və onunla münasibətləri normal olub: 

“1 may 2024-cü ildə Xalidlə birlikdə evimdə barama saxlamağa başladıq. Biz hər gün tezdən saat 6-dan axşam saat 20 radələrinədək baramaya qulluq etmişik. May ayının ortalarında Xalidə sel ilə gələn taxtaların yığıldığı Kür çayının sahilində bir yer tanıdığımı, ona taxtaları gətirərək baramalar üçün yer hazırlamasında kömək etməsini və baramaları satdıqdan sonra isə taxtaları yarı böləcəyimizi dedim. Xalid də mənimlə razılaşdı və arabam ilə gedib taxtaları gətirərək baramalar üçün yer düzəltdik.

Həmin ilin iyun ayının 10-da Xalidin yanında kilosunu 15 manatdan ümumi 35 kilo baramanı satdıq. Alıcılar getdikdən sonra Xalidə baramanın kilosunu aramızda 14 manatdan böləcəyimi, hər kilosunda 1 manat pulu alıcını tapan şəxsə verəcəyimi bildirdim. Xalid də bu barədə mənimlə razılaşdı. Bundan 3-4 gün sonra həyətdə Xalidlə yeyib içərkən, Xalid onu nə səbəbə aldatmağımı soruşdu. Mən də onu aldatmadığımı, 35 manat pulu barama alıcısını tapan şəxsə verdiyimi bildirdim. Xalid də yalan danışdığımı deyərək ünvanıma nalayiq söyüşlər söydü”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra ayağa qalxaraq Xalidin qolundan tutub və həyətdən çölə çıxarıb: 

“Xalid evlərinə getdi. Xalid səhəri gün bizə gələrək nə səbəbə onu vurmağımı soruşdu. Xalidə söyüş söydüyünü, lakin onu vurmadığımı bildirdim. Xalid dişinin sındığını bildirdikdə mən baramanı satdıqda dişlərini düzəltdirəcəyimi bildirmişdim. Xalid də mənimlə razılaşdı. Bundan sonra Xalid eyni qaydada hər gün bizə gəlib baramaya qulluq edib”. 

Rüstəmin ifadəsinə görə, iyunun 19-da, saat 19 radələrində kənd ərazisində olarkən Xalid istifadəsində mobil nömrəyə yığaraq baramanın artıq qurtardığını və qayıq düzəldə bilməsi üçün payına düşən taxtaları verməsini bildirib: 

“Mən də ona baramanın artıq qurtardığını, lakin evi təmizləmədiyimi və nə vaxt evi təmizləsəm, o zaman taxtaları verəcəyimi bildirdim. Xalid də söyüş söyərək taxtaları məndən alacağını və gəlib tüfənglə məni vuracağını bildirdi. Bundan sonra evə gəldim, işlək olmayan avtomobilimdə oturaraq həm telefonla danışdım, həm də ki, Xalidin gəlməsini gözlədim. 

Təxminən 1 saat sonra qardaşım Elnurgilin yaşayış olmayan evinə gedərkən Xalid əlində tüfənglə ağacın arxasından qarşıma çıxdı. Xalid tüfəngi mənə tərəf doğrultduqda, mən sağ əlim ilə silahı kənara itələdim və silahdan atəş açıldı. Mənim əlim uyuşsa da, təpiklə Xalidin diz nahiyəsinə vurdum. Bu zaman Xalid geriyə səndəllədim və təkrar atəş edərək ayağımdan vurdu. Bundan sonra  silahı almaq üçün Xalidə tərəf getdim. Lakin mən qaçaraq həyətdən çıxdım.
 

Bundan sonra Xalidin təkrar gələrək məni vurmasından qorxdum, evin arxasına keçdim. Bir müddət sonra isə özümdən getdim. Lakin xəstəxanada öyrəndim ki, silah səsinə gələn kənd camaatı məni xəstəxanaya gətiriblər”.


Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xalid 4 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Asif həkim dəfn edildi – VİDEO

Asif həkim dəfn edildi – VİDEO

Qızıl kəskin bahalaşdı

Qızıl kəskin bahalaşdı

Ceyhun Bayramov Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng etdi - FOTO

Ceyhun Bayramov Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng etdi - FOTO

Dilənçilik edənlər HƏBS OLUNACAQ

Dilənçilik edənlər HƏBS OLUNACAQ

Toyuğu isti su ilə əridirsiniz? – Bu məlumatdan sonra fikriniz dəyişəcək

Toyuğu isti su ilə əridirsiniz? – Bu məlumatdan sonra fikriniz dəyişəcək

İnzibati xəta törətmiş sürücülərlə bağlı YENİ QAYDA

İnzibati xəta törətmiş sürücülərlə bağlı YENİ QAYDA

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

AFFA "Sumqayıt"ı 10 min manat CƏRİMƏLƏDİ

AFFA "Sumqayıt"ı 10 min manat CƏRİMƏLƏDİ

Laricaninin ailəsi brend içki markasını İran bazarına gətirməyə çalışıb

Laricaninin ailəsi brend içki markasını İran bazarına gətirməyə çalışıb

Marketdən toyuq oğurlayan pişik kameraya düşdü – VİDEO

Marketdən toyuq oğurlayan pişik kameraya düşdü – VİDEO

Azərbaycan İtaliyadan hansı məhsulları alır? - SİYAHI

Azərbaycan İtaliyadan hansı məhsulları alır? - SİYAHI

Təyyarə qəzaya uğradı: Ölənlər var - VİDEO

Təyyarə qəzaya uğradı: Ölənlər var - VİDEO

Həkimlər 2 yaşlı uşağın burnundan sancaq çıxardılar - FOTO

Həkimlər 2 yaşlı uşağın burnundan sancaq çıxardılar - FOTO

Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI - FOTO

Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI - FOTO

“Fiziki tərbiyə müəllimliyi” yalnız universitetlərdə – Kollec tələbələrinin AQİBƏTİ necə olacaq?

“Fiziki tərbiyə müəllimliyi” yalnız universitetlərdə – Kollec tələbələrinin AQİBƏTİ necə olacaq?

İran Fars körfəzindəki gəmi kapitanlarına müraciət etdi

İran Fars körfəzindəki gəmi kapitanlarına müraciət etdi

Biri keçmiş nazir, digəri mühəndis - İkisi də Azərbaycan çempionudur

Biri keçmiş nazir, digəri mühəndis - İkisi də Azərbaycan çempionudur

OpenAI haqqında qalmaqallı film gəlir: Milyarderlər xoş olmayan obrazda göstərilib

OpenAI haqqında qalmaqallı film gəlir: Milyarderlər xoş olmayan obrazda göstərilib

Tramp İranı seçim qarşısında qoydu: “Razılaşma ya da bombardman” - FOTO

Tramp İranı seçim qarşısında qoydu: “Razılaşma ya da bombardman” - FOTO

Həbsxana həyatını atası ilə eyni kamerada keçirdi... – Film kimi CİNAYƏT İŞİ – VİDEO

Həbsxana həyatını atası ilə eyni kamerada keçirdi... – Film kimi CİNAYƏT İŞİ – VİDEO

İsrail bombardmanından sonra Livanın Kəfr-Cuz şəhəri - VİDEO

İsrail bombardmanından sonra Livanın Kəfr-Cuz şəhəri - VİDEO

Əli Əsədovdan həkimlərin maaşı ilə bağlı QƏRAR

Əli Əsədovdan həkimlərin maaşı ilə bağlı QƏRAR

Zaqatalada minik avtomobili aşdı - Xəsarət alan var – FOTO

Zaqatalada minik avtomobili aşdı - Xəsarət alan var – FOTO

NASA-nın keçmiş alimi: “Üç klinik ölüm mənə ölümdən sonrakı həyatı göstərdi”

NASA-nın keçmiş alimi: “Üç klinik ölüm mənə ölümdən sonrakı həyatı göstərdi”

End of content

No more pages to load

RADİO