Qloballaşan dünyamızda beynəlxalq ünsiyyət vasitəsi hesab edilən bəzi əcnəbi dillərin, xüsusilə də ingilis dilinin çəkisinin sürətlə artdığı birmənalıdır. Bu baxımdan ölkəmizdəki bəzi orta məktəblərdə tədris prosesində ingilis dilinə xüsusi önəm verilməsi təhsil ekspertləri tərəfindən müsbət hal kimi dəyərləndirilir.
Sevindirici hallardan biri də ölkəmizdəki bəzi uşaq bağçalarında belə ingilis dilinin tədrisinin həyata keçirilməsi gerçəyidir. Bu cür bağçalara misal olaraq xa0paytaxtın Nərimanov rayonundakı 80 saylı körpələr evi – uşaq bağçasını göstərmək olar. xa0

Sözügedən bağçada rusdilli qruplarla yanaşı, pilot layihə kimi ingilisdilli qrup da fəaliyyət göstərir ki, bu da uşaqlara “dünyanın bir nömrəli dili” statusuna malik ingilis dilini erkən yaşlardan mənimsəməyə imkan verir.
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa uşaq bağçalarında ingilis dilinin tədrisinin təqdirəlayiq hal olduğunu, bunu bütövlükdə ölkə maraqları baxımından faydalı hesab etdiyini vurğuladı:

“Uşaq bağçalarında əcnəbi dillərin öyrədilməsini müsbət qiymətləndirirəm. Əcnbi dillərin öyrənilməsi olduqca faydalıdır. Bu, Azərbaycan üçün vacib olan, mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Gələcəyə Avropanın ünsiyyət dili ilə çıxmağımız hamımız üçün faydalıdır.xa0Bu səbəbdən də bağçalarda ingilis dilinin tədrisini təqdirəlayiq hesab edirəm. Hesab edirəm ki, Azərbaycanın maraqlarına cavab verən bu kimi addımların davamlı olmasına diqqət yetirməliyik”.
xa0
Seymur Əliyev