Xəbər verdiyimiz kimi, Cəlilabadda 7 yaşlı uşaq pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin tibbi yardımdan sonra uşaq müalicə almaq üçün Bakıda yerləşən Yanıq Mərkəzinə göndərilib.
Xatırladaq ki, sözügedən hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb. Belə ki, bayram atəşfəşanlığı keçirilən məhəllədə kustar üsulla hazırlanmış pirotexniki vasitənin partlaması nəticəsində 7 yaşlı Ş.A. müxtəlif yanıq xəsarətləri alıb.
Azyaşlı dərhal rayon xəstəxanasına çatdırılıb və ona üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu