Ucarda avtomobil qəzası baş verib, xəsarət alanlar var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun rayonun Qazyan kəndindən keçən hissəsində baş verib.
"Toyota" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındaki qaz xəttinin üzərinə aşıb.
Nəticədə Zərdab rayon sakinləri, 1993-cü il təvəllüdlü Ramin Ayaz oğlu Bədirxanlı və 1995-ci il təvəllüdlü İsa Akif oğlu Səhrablı ağır xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.


Bizim.Media, Aran bürosu