Gəncədə qətl hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Bağbanlar qəsəbəsində, Daş Körpü adlanan ərazisində mağazalardan birində işləyən orta yaşlı kişi qətlə yetirilib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə mağazada çalışan iki işçi arasında dava sonda qanla nəticələnib. Fakrla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu