Lənkərandakı qəzada xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumatına görə, 21 dekabr 2024-cü il tarixində saat 20:10 radələrində Lənkəran rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (1 qadın və 1 kişi) müxtəlif dərəcəli bədən travmaları ilə xəstəxananın Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə çatdırılıb.
Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib və vəziyyətlərinə uyğun olaraq müalicələri həmin şöbədə davam etdirilir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu