Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində 2 fakt üzrə ölkə ərazisinə qanunsuz yollarla gətirilən və aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.
Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Qeyd edilib ki, Bakı şəhəri Xətai və Suraxanı rayonları ərazisində Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi nəqliyyat vasitələrinə baxış keçirilib və avtomobillərdən üzərində aksiz markası olmayan 44800 ədəd siqaret aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.

Bizim.Media